Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
13.09.2026 13:14

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin və Elmi-Təcrübi və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi” mövzusunda növbəti təlim keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Bildirilib ki, Hospitalın mühasibatlıq, maliyyə, alqı-satqı və təchizat, texniki-təsərrüfat, həmçinin maliyyə və planlama şöbələrinin əməkdaşları üçün təşkil olunmuş təlimin keçirilməsində məqsəd qeyd olunan struktur bölmələrində çalışan əməkdaşların elektron məlumat və sənəd mübadiləsi ilə bağlı biliklərinin genişləndirilməsi, rəqəmsal iş proseslərindən daha səmərəli istifadə imkanlarının artırılması və kağızsız idarəetmə prinsiplərinin gündəlik fəaliyyətə tətbiqinin təşviq edilməsi olub.

 

Təlimin açılışında Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxış edərək rəqəmsallaşmanın idarəetmə və inzibati proseslərin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını bildirib. O, xüsusilə maliyyə, satınalma, təchizat və təsərrüfat istiqamətləri üzrə fəaliyyət göstərən struktur bölmələrində məlumatların operativ, düzgün və təhlükəsiz şəkildə ötürülməsinin iş proseslərinin effektiv təşkili baxımından əhəmiyyətini vurğulayıb.

 

Daha sonra Tibbi Xidmət İdarəsinin İnzibati idarəetmənin təşkili şöbəsinin inspektoru Lamiyə Abdinova tərəfindən mövzu üzrə təqdimat keçirilib. Təqdimatda elektron sənəd dövriyyəsinin əsas prinsipləri, rəqəmsal məlumatların idarə olunması, elektron sənədlərlə işləmə qaydaları, məlumatların mühafizəsi və istifadəçi hesablarının təhlükəsizliyi ilə bağlı məsələlər izah olunub.

 

Təlim çərçivəsində həmçinin kağız sənədlərdən elektron məlumat mübadiləsinə keçidin iş proseslərinə təsiri, sənədlərin hazırlanması və ötürülməsində operativliyin təmin olunması, məlumatların düzgünlüyünün və əlçatanlığının artırılması, eləcə də struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunulub.

 

İştirakçılara rəqəmsal sistemlərdən istifadə zamanı informasiya təhlükəsizliyi tələblərinə riayət olunması, xidməti məlumatların məxfiliyinin qorunması və elektron resurslardan məsuliyyətli istifadə ilə bağlı praktiki tövsiyələr verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, gündəlik iş prosesində qarşılaşılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb və təlim interaktiv müzakirə formatında yekunlaşdırılıb.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Qazaxda ana və körpənin həyatı xilas edilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Meninqokok - Həkim bu infeksiyaya qarşı ən həssas qrup barədə xəbərdarlıq edib
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib