Laboratoriyada insan tor qişası yetişdirildi - Korluğun müalicəsində yen addım 
25.06.2026 15:15

Moskva Fizika-Texniki İnstitutunun (MFTİ) Canlı Sistemlər Mərkəzinin tədqiqatçıları insan donorlarından əldə olunan tor qişa fraqmentlərinin laboratoriya şəraitində yetişdirilməsi üsulunu hazırlayıblar. Yeni texnologiya gen terapiyasında istifadə olunan virus vektorlarının heyvanlar üzərində sınaqlara başlamazdan əvvəl qiymətləndirilməsinə imkan verəcək.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, tədiqiqat fotoreseptorların degenerasiyası nəticəsində yaranan korluğun müalicəsi istiqamətində aparılan araşdırmaları daha sürətli və təhlükəsiz edəcək.

Tor qişa nümunələri vəfat etmiş donorların gözlərindən əldə olunur. Toxuma götürüldükdən sonra ilk altı saat ərzində emal edilir və xüsusi qidalandırıcı məhlulda membran əsaslı daşıyıcılara yerləşdirilir. Bu metod sayəsində tor qişanın həyat qabiliyyəti iki həftəyədək qorunub saxlanılır ki, bu da yeni gen daşıyıcı virusların və terapevtik platformaların sınaqdan keçirilməsi üçün kifayət edir.

MFTİ-nin Genom Mühəndisliyi Laboratoriyasının elmi əməkdaşı və retinal xəstəliklərin gen terapiyası qrupunun rəhbəri Alsallum Almakdad bildirib ki, donor tor qişasından əldə olunan eksplantların kultivasiyasına əsaslanan yanaşma virus vektorlarının insan toxuması ilə qarşılıqlı təsirini birbaşa öyrənməyə imkan verir. Onun sözlərinə görə, bu zaman toxumanın mürəkkəb quruluşu və hüceyrə tipləri qorunub saxlanılır, baxmayaraq ki, metod bir neçə mürəkkəb mərhələni özündə birləşdirir.

Yeni üsulun əsas üstünlüyü ondan ibarətdir ki, tədqiqatçılar virus vektorlarının insan tor qişası ilə qarşılıqlı təsirini birbaşa müşahidə edə bilirlər. Bu, ənənəvi heyvan modelləri ilə müqayisədə əhəmiyyətli üstünlük hesab olunur. Çünki heyvanlar üzərində əldə edilən nəticələr çox vaxt insan gözündə tam şəkildə təkrarlanmır, əlavə olaraq bu cür eksperimentlər yüksək maliyyə xərcləri və etik müzakirələr doğurur.

Mütəxəssislərin fikrincə, yeni texnologiya tor qişanın geniş yayılmış xəstəliklərinin müalicəsinə yönəlmiş terapiyaların hazırlanmasını sürətləndirə bilər. Bunlara milyonlarla insanın əziyyət çəkdiyi piqment retiniti, Ştarqardt xəstəliyi və yaşa bağlı makulyar degenerasiya daxildir.

Alimlər hesab edirlər ki, bu yanaşma gələcəkdə gen terapiyasının effektivliyinin artırılmasına və görmə qabiliyyətinin itirilməsi ilə nəticələnən xəstəliklərin müalicəsində yeni imkanların yaranmasına şərait yaradacaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır