Sabunçu Tibb Mərkəzində təlim: "Etik davranış qaydaları və xidmət mədəniyyəti” 
26.08.2026 13:22

Sabunçu Tibb Mərkəzində “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda təlim keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, təlim tibb müəssisəsinin tibb bacıları və təsərrüfat bacıları üçün təşkil olunub və əsas məqsəd bu sahədə çalışan personalın pasiyentlərlə ünsiyyət bacarıqlarının daha da təkmilləşdirilməsi, etik prinsiplərin gündəlik fəaliyyətdə düzgün tətbiqi və xidmət keyfiyyətinin artırılması olub.

 

Görüş çərçivəsində iştirakçılara pasiyentlərlə empatiya əsaslı və effektiv kommunikasiya, etik davranış prinsiplərinin praktikada tətbiqi, müraciətlərin düzgün və çevik şəkildə yönləndirilməsi, eləcə də xidmət keyfiyyətinin və mədəniyyətinin təkmilləşdirilməsi istiqamətində ətraflı məlumat verilib.

 

Təlim çərçivəsində real situasiyalar əsasında müzakirələr aparılıb, əməkdaşların sualları cavablandırılıb və praktik tövsiyələr təqdim olunub.

 

Sonda qeyd olunub ki, bu kimi təlimlərin davamlı təşkili vətəndaş məmnuniyyətinin artırılmasına və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır