Nevroloq beyni stimullaşdırmağın gözlənilməz üsulunu açıqlayıb - Bu vərdişlər koqnitiv fəaliyyəti məhdudlaşdırır
31.08.2026 12:45

Beyin fəaliyyətini stimullaşdırmağın ən yaxşı üsulu digər insanlarla ünsiyyətdə olmaqdır.

 

Aztibb.az xəbər verir ki, nunu nevroloq Duqlas Şarre “New York Post” qəzetinə açıqlamasında bildirib.

Ohayo Ştat Tibb Kollecində çalışan həkim qeyd edib ki, insan söhbət zamanı eyni anda bir neçə koqnitiv proses həyata keçirir: qarşı tərəfi dinləyir və verilən məlumatı emal edir, hər hansı hadisəni danışmaq üçün yaddaşına müraciət edir, həmçinin həmsöhbətinin üz ifadəsinə baxaraq onun reaksiyasını müəyyənləşdirir.

“Belə vəziyyətdə beyniniz aktiv şəkildə işləyir”, – deyə Şarre vurğulayıb.

Nevroloq bildirib ki, beyin fəaliyyətini stimullaşdıran və geniş yayılmış digər üsullar – kitab oxumaq, yeni dillər öyrənmək, yaradıcılıq və idmanla məşğul olmaq, krossvord həll etmək də bu baxımdan olduqca faydalıdır.

Bunun əksinə, mütəxəssis beynin passiv stimullaşdırılmasından, o cümlədən televizora uzun müddət baxmaqdan və sosial şəbəkələrdə lentləri məqsədsiz şəkildə vərəqləməkdən çəkinməyi tövsiyə edib.

Bir sıra həkimlərin fikrincə, bu cür fəaliyyətlər əksinə, beyinə mənfi təsir göstərə bilər. Çünki passiv istehlak beynin sağlamlığını qorumaq üçün zəruri olan koqnitiv fəaliyyəti məhdudlaşdırır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub