Osaka Universiteti: 100 yaşını aşmış fərdlərin immun sistemində xərçənglə mübarizə aparan hüceyrələr çoxalır
21.08.2026 12:00

Aparılan yeni tədqiqat 100 yaşını keçmiş şəxslərin xərçəng və digər ağır xəstəliklərdən qorunmasında rol oynaya biləcək bioloji mexanizmi üzə çıxarıb.

 

Aztibb.az "Cell Press" nəşrinə istinadən yazır ki, elmi işə görə, bu şəxslərin immun sistemində nadir rast gəlinən T hüceyrə növünün zaman keçdikcə artdığı və adaptasiya olunduğu müəyyənləşib.

 

Osaka Universitetinin immunoloqu Kosuke Haşimotonun rəhbərlik etdiyi tədqiqatçılar qrupu immun sistemində normalda yardımçı rol oynayan CD4 T hüceyrələrinin yaş artdıqca öldürücü T hüceyrələrinə (CD4 CTL) çevrildiyini təsbit edib.

 

Çoxalma qabiliyyətini və aktivliyini qoruyan bu hüceyrələr orqanizmdə infeksiyaya uğramış və ya xərçəngləşmiş hüceyrələri aşkarlayaraq məhv etmək funksiyasını yerinə yetirir.

 

Yaponiyada aparılan araşdırmada 28 iştirakçının qan nümunələri təhlil edilib. 70, 80 və 90 yaşlarındakı şəxslərdə bu öldürücü hüceyrələrin nisbəti orta hesabla 4% səviyyəsində qaldığı halda, 100 yaşlı fərdlərdə bu göstərici 9,6%-ə, 110 yaşını aşmış insanlarda isə 17,6%-ə qədər yüksəlib.

 

Əldə olunan nəticələr göstərir ki, bu hüceyrələr yaşlanma nəticəsində immun sisteminin zəifləməsindən deyil, əksinə orqanizmin yaranan təhdidlərə qarşı inkişaf etdirdiyi adaptasiya mexanizminin tərkib hissəsi kimi meydana çıxır.

 

Tədqiqat 100 yaşdan yuxarı fərdlərdə sözügedən hüceyrələrin təxminən üçdə birinin tək bir ilkin hüceyrənin klonları olduğunu göstərib. Mütəxəssislər hesab edirlər ki, yaş artdıqca çoxalan anomal və xərçəng hüceyrəsi riskinə qarşı immun sistemi məhz bu xüsusi hüceyrələri artıraraq güclü müdafiə baryeri formalaşdırır.

 

Alimlər əldə olunan elmi tapıntıların uzunömürlülüyün sirlərini və yaşlanma ilə bağlı hüceyrə səviyyəsində baş verən dəyişiklikləri anlamaq istiqamətində mühüm addım olduğunu bildirirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır