Mikroplastiklər artıq plasenta və dölü əhatə edən mühitdə aşkar edilib
03.08.2026 13:24

Mikroplastiklər artıq demək olar ki, hər yerdə tapılır. Onlar havada, suda, qidalarda və hətta insan orqanizmində də aşkar edilir. Alimlər bu hissəciklərin sağlamlığa necə təsir etdiyini hələ tam bilməsələr də, yeni araşdırma narahatlıq doğuran nəticələr ortaya qoyub.

 

Aztibb.az "Molecular and Cellular Endocrinology" jurnalında dərc olunan tədqiqata dfiqqət çəkib.

 

Amsterdam Azad Universitetinin alimlərinin apardığı araşdırma göstərib ki, bəzi mikro- və nanoplastiklər hamiləlik zamanı plasentanı keçərək dölün inkişafına təsir göstərə biləcək hormonların fəaliyyətini dəyişdirə bilər.

 

İndiyədək aparılan araşdırmalarda mikroplastiklər insan qanında, plasentada, dölü əhatə edən amniotik mayedə və yeni doğulan körpələrin ilk nəcisində də aşkar edilib. Hətta 30 plasenta üzərində aparılan bir araşdırmada bütün nümunələrdə mikroplastik hissəcikləri tapılıb.

 

Yeni tədqiqatda alimlər laboratoriyada insan plasentasını təqlid edən modeldən istifadə ediblər. Müşahidələr göstərib ki, mikroplastiklər əlavə edildikdən sonra hamiləlik üçün vacib olan bəzi steroid hormonlarının səviyyəsində dəyişiklik baş verir. Xüsusilə estrogen hormonuna təsir edən dəyişikliklər qeydə alınıb.

 

Mütəxəssislər bildirirlər ki, bu hormonlar körpənin normal inkişafı üçün çox vacibdir. Ona görə də onların dəyişməsi gələcəkdə müəyyən risklər yarada bilər. Lakin hazırda mikroplastiklərin insan dölünə birbaşa zərər verdiyini söyləmək üçün kifayət qədər elmi sübut yoxdur.

 

Alimlərin fikrincə, bu nəticələr mikroplastiklərin hamiləlik dövründə mümkün təsirlərini daha dərindən araşdırmağın vacibliyini göstərir. Daha dəqiq nəticələr əldə etmək üçün əlavə klinik və uzunmüddətli tədqiqatlara ehtiyac var.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin MƏLUMATI
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb