Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
26.08.2026 13:51

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən Şəmkir Regional Mərkəzi Xəstəxanasında “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda təlim keçirilib. Tədbirdə xəstəxananın baş həkimi Samirə Kazımova və tibb heyəti iştirak edib.

Aztibb.az xəbər verir ki, təlimdən öncə Ağciyər Xəstəlikləri Mərkəzinin fəaliyyətini və struktur bölmələrini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən baş həkim Samirə Kazımova vərəmin erkən diaqnostikasında ilkin səhiyyə xidmətinin əhəmiyyətindən bəhs edib. O, risk qrupuna daxil olan şəxslərin vaxtında müayinələrə cəlb olunmasının, şübhəli halların düzgün qiymətləndirilməsinin və pasiyentlərin ixtisaslaşdırılmış tibb müəssisələrinə operativ yönləndirilməsinin vacibliyini vurğulayıb.

Təlim çərçivəsində iştirakçılara vərəmin əsas klinik əlamətləri — uzunmüddətli öskürək, gecə tərləmələri, ümumi halsızlıq, iştahasızlıq və səbəbsiz çəki itkisi barədə ətraflı məlumat verilib.

Həmçinin görüşdə müalicə prosesinə sadiqliyin artırılması, dərman preparatlarının xəstələrə vaxtında çatdırılması, VOT (videonəzarətli müalicə) xidmətinin tətbiqi və üstünlükləri müzakirə edilib.

Qeyd olunub ki, ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə tibb müəssisələri arasında qurulan sıx və əlaqəli əməkdaşlıq infeksiyanın yayılmasının qarşısının alınmasında və müalicənin effektivliyində mühüm rol oynayır.

Təlim təqdimatlar, sual-cavab sessiyası və qarşılıqlı müzakirələrlə yekunlaşıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır