Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
27.08.2026 10:40

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında hemofiliya xəstəliyinə həsr olunmuş elmi-praktik seminar keçirilib.

 

Bu barədə Aztibb.az-a Şirvan ŞMX-dan xəbər verilib.

 

Bildirillib ki, “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda keçirilən seminarın əsas məqsədi hemofiliyanın müalicəsi sahəsində həkim və tibb bacılarının bilik və bacarıqlarının artırılması, müasir müalicə yanaşmalarının tətbiqinin təşviq edilməsi olub.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktor vəzifəsini icra edən Zamin Fərziyev hemofiliya xəstələrinin keyfiyyətli və fasiləsiz tibbi xidmətlə təmin olunmasında peşəkar əməkdaşlığın və maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. O, həmçinin regionlarda yaşayan hemofiliya xəstələrinin zəruri dərman preparatları ilə təminatının və müasir müalicə imkanlarına əlçatanlığının artırılmasının vacibliyini diqqətə çatdırıb

 

Seminarda Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov “Beynəlxalq təcrübəyə əsaslanan evdə müalicənin tətbiqi və faydası”, Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim- hematoloqu Aytac Novruzova “Hemofiliyanın multidissiplinar müalicə modeli”, Sumqayıt Hospitalının baş tibb bacısı Mirvarid Siracova “Hemofiliyanın müalicəsində tibb bacısının rolu”, MeciClub Təcili və Təxirəsalınmaz Tibbi Yardımın həkim-terapevti Məhəmməd Kərimli isə “Xarici və daxili qanaxmalar zamanı təcili tibbi yardım” mövzularında təqdimatlarla çıxış ediblər

 

Seminarın sonunda qanaxmalar zamanı ilkin müdaxilə ilə bağlı praktiki nümayiş keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Layihənin əsas məqsədi hemofiliyanın ev şəraitində müalicə və profilaktikası modelinin təşviq edilməsi, pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsi, eləcə də uşaqların fiziki məhdudiyyət və əlillik yaranmadan sağlam böyüməsinə töhfə verməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır