Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
28.08.2026 09:59

04.08.2026-cı il tarixində 1 nəfər (kişi) klinik ölüm həddində, komatoz vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, 1991-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yaraları diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmətlər göstərilib.

 

Həmin tarixdə pasiyent üzərində sol torakotomiya, perikardiotomiya, ürəyin sol mədəciyinin ilkin cərrahi tikişi və diaqnostik laparotomiya əməliyyatları icra edilib.

 

Həkim-cərrahlar Vasif Məmmədov, İlham Mustafayev, Arif Əfəndiyev və həkim-anestezioloqlar İqbal Namazov, Gülər Vəkilovadan ibarət briqada tərəfindən icra edilən əməliyyat uğurla başa çatıb.

 

14.08.2026-cı il tarixindən etibarən müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilib. Müalicə prosesini uğurla başa vuran və vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs 24.08.2026-cı il tarixində ambulator müalicə üçün evə buraxılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır