Türkiyədə yerli istehsal ürək-ağciyər aparatı Qaziantepdə açıq ürək əməliyyatlarında istifadə edilib
27.08.2026 11:36

Türkiyə Səhiyyə Nazirliyi, TÜSEB və ASELSAN-ın əməkdaşlığı ilə hazırlanmış yerli ürək-ağciyər aparatı “LIFELINE HLM” Qaziantep Universitetinin Şahinbəy Araşdırma və Tətbiq Xəstəxanasında həyata keçirilən dörd açıq ürək əməliyyatında uğurla istifadə edilib.

Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, ASELSAN tərəfindən hazırlanmış və ilk klinik tətbiqi Ankara Bilkənd Şəhər Xəstəxanasında həyata keçirilən cihazın ikinci klinik tətbiq mərkəzi GAÜN Şahinbəy Araşdırma və Tətbiq Xəstəxanası olub.

Klinik tədqiqat çərçivəsində həyata keçirilən əməliyyatlardan birində xəstəyə üç damar bypass əməliyyatı, digər bir əməliyyatda isə minimal invaziv üsulla ürək qapağının dəyişdirilməsi həyata keçirilib.

Açıq ürək əməliyyatları zamanı ürək və ağciyərlərin funksiyasını müvəqqəti olaraq öz üzərinə götürən cihazın əməliyyatlarda uğurla istifadə edildiyi bildirilib.

GAÜN rektoru Prof. Dr. Sait Mesut Doğan xəstələri ziyarət edərək onların səhhətləri barədə GAÜN Tibb Fakültəsinin Ürək və Damar Cərrahiyyəsi şöbəsinin rəhbəri Dos. Dr. Mehmet Karahandan məlumat alıb.

Doğan yerli və milli səhiyyə texnologiyalarının inkişafı baxımından cihazın klinik tətbiqlərindən birinin Qaziantep Universitetində həyata keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.

TÜSEB sədri Prof. Dr. Ümit Kervan isə ürək-ağciyər aparatının təxminən üç illik iş nəticəsində səhiyyə işçiləri və mühəndislərin töhfələri ilə hazırlandığını qeyd edib.

GAÜN Tibb Fakültəsinin Ürək və Damar Cərrahiyyəsi şöbəsinin rəhbəri Dos. Dr. Mehmet Karahan bildirib ki, Qaziantep Universiteti klinik tədqiqatda əsas araşdırma mərkəzi kimi cihazın təhlükəsizliyinin, performansının və klinik nəticələrinin qiymətləndirilməsinə töhfə verib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır