Süni intellekt tibbdə proqnoz səhvlərini tanımağı öyrənir
15.06.2026 13:09

Süni intellekt artıq tibbdə gələcəyin texnologiyası kimi deyil, həkimlərin real işində istifadə edilən alət kimi qəbul olunur. O, klinik qeydləri sürətlə analiz edir, böyük məlumat bazalarında qanunauyğunluqları tapır və xəstələrdə ağırlaşma riskini proqnozlaşdıra bilir. Lakin tibbdə təkcə düzgün proqnoz vermək kifayət etmir, həmin proqnozun nə qədər etibarlı olduğunu da bilmək vacibdir.

 

Aztibb.az "Medpedia" nəşrinə istinadən yazır ki, Vaşinqton Universitetinin tədqiqatçıları bu problem üzərində işləyərək süni intellekt modellərinə təkcə cavab verməyi yox, həm də öz “əminlik səviyyəsini” göstərməyi öyrədiblər.

 

Onların hazırladığı sistem “Klinik risk və qeyri-müəyyənliyin uzlaşdırılması” adlanır. Əsas ideya budur ki, süni intellekt bilməlidir hansı hallarda səhv etmir, hansı hallarda isə vəziyyət mürəkkəbdir və ehtiyatlı olmaq lazımdır.

 

Araşdırmada 300 gənc valideyn və uşaqsız cütlüklərin məlumatları yoxlanılıb və 5 klinik risk tapşırığında 3 tibbi dil modeli təkmilləşdirilib. Məqsəd modellərin öz proqnozlarına uyğun “əminlik” göstərməsini təmin etmək olub. Doğru proqnozlarda daha yüksək inam, riskli və qeyri-müəyyən hallarda isə daha çox şübhə.

 

Nəticələr göstərib ki, modellərin dəqiqliyi azalmayıb. Amma “öz səhv ehtimalını hiss etmə qabiliyyəti” yaxşılaşıb. Yəni süni intellekt daha düzgün şəkildə “burada səhv edə bilərəm” deməyi öyrənib.

 

Tədqiqatçılar vurğulayırlar ki, tibbdə əsas problem təkcə düzgün cavab deyil, həm də həmin cavabın nə vaxt etibarlı olduğunu anlamaqdır. Çünki xəstəxanada həddindən artıq özünə güvənən səhv bir sistem ciddi risk yarada bilər.

 

Yeni yanaşma süni intellekti daha “ehtiyatlı köməkçi”yə çevirir: o, yüksək riskli və qeyri-müəyyən halları həkimin diqqətinə daha çox yönləndirir.

 

Nəticə olaraq, məqsəd süni intellekti həkimi əvəz edən sistemə çevirmək deyil, həkimə daha təhlükəsiz və düzgün qərar verməyə kömək edən ağıllı filtr kimi işlətməkdir.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır