Antibiotiklərdən düzgün istifadə və antibiotiklərə davamlılıq  
25.11.2026 14:52
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevti Aygün Əhmədova antibiotiklərdən düzgün istifadə və antibiotiklərə davamlılıq barədə Aztibb.az-a məlumat verib.
 
Həkim bildirib ki, antibiotiklər bakterial infeksiyaların müalicəsində istifadə olunan mühüm dərman vasitələridir. Lakin onların həkim təyinatı olmadan qəbulu, dozanın özbaşına dəyişdirilməsi və əsassız istifadəsi antibiotiklərə davamlılığın yaranmasına səbəb olur.
 
Aygün Əhmədova vurğulayıb ki, antibiotiklər virus mənşəli xəstəliklərə, o cümlədən qrip və soyuqdəyməyə qarşı təsir göstərmir. Bu preparatların düzgün istifadə edilməməsi gələcəkdə bakterial infeksiyaların müalicəsini çətinləşdirə və ciddi sağlamlıq riskləri yarada bilər.
 
O, əhaliyə antibiotikləri yalnız həkim təyinatı ilə qəbul etməyi, müalicə qaydalarına riayət etməyi və özünümüalicədən çəkinməyi tövsiyə edib.
Qeyd edib ki, antibiotiklərdən məsuliyyətli istifadə hər birimizin sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
Şəfa görmək istəyən Naftalana gəlsin   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib