Süni intellekt münasibətləri bitirir?
24.07.2025 10:56

Yeni araşdırmanın nəticələri  süni intellekt texnologiyalarından istifadənin yalnız iş sahəsinə deyil, insanların şəxsi həyatına da təsir etdiyini göstərib. Hesablamalara görə, istifadəçilərin 41 faizi artıq "ChatGPT" kimi generativ süni intellektdən münasibətləri bitirmək üçün mesaj hazırlamaqda kömək istəyib.

 

Aztibb.az-ın xəbərinə görə, bəziləri üçün bu, düzgün sözləri seçərək tərəfdaşa daha az zərər vermək yolu, digərləri üçün isə sadəcə çətin və xoşagəlməz söhbətdən qaçmaq vasitəsidir. "ChatGPT"yə mesajın tonu əvvəlcədən verilə bilər - istər yumşaq, mərhəmətli, istərsə də soyuq və rəsmi formada. Neyroşəbəkə mətnə son düzəlişləri özü verir. Ayrılıqdan sonra da süni intellekt prosesə cəlb olunur - bir çoxları onu ayrılıq dövrünü daha asan keçirmək, psixoloq və ya yaxın dost əvəzinə istifadə edir. "Reddit" istifadəçilərindən biri deyir: "İnanmazsınız, amma ayrılıqdan sonrakı hisslərimi anlamaqda "ChatGPT" son dərəcə faydalı oldu. Elə bil psixoterapevtlə danışıram - istənilən yöndəmsiz sualı verə və eyni məsələni dəfələrlə müzakirə edə bilərəm, heç bir qınaq olmadan".

 

Rəsmi olaraq "ChatGPT" və digər süni intellekt sistemləri bu cür tapşırıqlar üçün nəzərdə tutulmasa da, təcrübə göstərir ki, insanlar çətin anlarında ona tez-tez üz tuturlar. Bununla yanaşı, ekspertlər bildirirlər: əgər şərait imkan verirsə, münasibətləri şəxsən bitirmək daha doğrudur. Bu, hisslər sönsə belə, qarşılıqlı hörmət və insanlığı qorumağa kömək edir.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə