Bronxial astma: səbəbləri və simptomları
31.10.2020 09:24

Bronxial astma tənəffüs yollarının xronik iltihabi xəstəliyidir. Dünyada geniş yayılan həmin xəstəlik Azərbaycanda da insanları narahat edən bronx-ağciyər patologiyalarındandır.

 

Bronxial astmada iltihab daha çox allergik xarakter daşıyır. Xəstəliyin əlamətləri boğulma tutmaları, paraksizm şəklində baş verən öskürək, döş qəfəsində sıxılma, tənəffüs diskomfortudur. Bu əlamətlər adətən tənəffüs yollarına kənardan birbaşa təsirlər zamanı üzə çıxır. Kənar təsirlərin ən birincisi allergik faktorlardır. Bunlar insanı əhatə edən məişət allergenləri və ətraf mühit amilləri ola bilər. Xəstələr ağaclardan qopan tozcuğa, məişət tozuna, heyvan tükünə, bəzi qida və dərmanlara reaksiya verirlər.  Bəzən isə infeksiyon xəstəliklər, respirator virusları bronxial astma xəstəliyinin yaranmasına səbəb olmasa da, simptomlarını kəskinləşdirə bilirlər.

 

Bronxial astmanın yaranmasında əsas risk amili irsi, yəni genetik meyillikdir. Ailə üzvlərində allergik xəstəliklər, bronxial astma kimi patologiyalar olan şəxslərdə bronxial astmanın inkişafetmə riski yüksəkdir. Bu xəstəlik uşaqlar arasında daha çox oğlanlarda aşkarlanır.

 

Dünyada hələ də astmanın tam müalicəsi mövcud deyil.  Bronxial astmanın əlamətlərindən şübhələndikdə həkim-pulmonoloqa müraciət etmək lazımdır. Diaqnozun qoyulmasında spirometriya, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, kompüter tomoqrafiya və s. müayinələrin əhəmiyyəti böyükdür. Əgər allergik simptomlar müşahidə olunursa, dəri-allergik testi və ya qanın müvafiq müayinələrinin aparılması tövsiyə edilə bilər. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib