Barmaqlarını şıqqıldatmağı sevənlərə xəbərdarlıq - Nə vaxt həkimə müraciət etmək lazımdır?
01.09.2026 10:44

Barmaqlarda ağrı ilə müşayiət olunmayan şıqqıltı, adətən, hər hansı xəstəliyin əlaməti deyil və sümüklərin bir-birinə sürtünməsi və ya aşınması ilə əlaqəli olmur. 

Aztibb.az "Medikforum"a istinadən yazır ki, travmatoloq Mariya Avkopaşvilinin sözlərinə görə, barmaqların şıqqıldaması daha çox oynaq kapsulunun daxilində təzyiqin dəyişməsi və sinovial mayedəki qaz qabarcıqları ilə əlaqədardır.

“Barmaqların adi şıqqıltısı daha çox sümüklərin bir-birinə sürtünməsi və ya onları zədələməsi ilə bağlı deyil. Bəzi hallarda yaranan səslər vətərlərin və bağların ətraf toxumalara nisbətən hərəkəti nəticəsində də meydana çıxa bilər”, – deyə mütəxəssis bildirib.

Ekspert xəbərdarlıq edib ki, barmaqları bilərəkdən və kəskin hərəkətlərlə “yerinə salmağa” çalışmaq məsləhət deyil.

Ağrı, şişkinlik, qızartı, hərəkətlərdə məhdudiyyət, barmaqların deformasiyası, əlin gücünün azalması və ya oynaqlarda sərtlik həkimə müraciət etmək üçün əsas səbəblərdir.

Mütəxəssis qeyd edib ki, hava şəraiti artıq mövcud olan oynaq ağrılarını gücləndirə bilər, lakin özü-özlüyündə oynaq patologiyasının yaranmasına səbəb olmur.

Əgər narahatlıq və ağrı getdikcə artırsa, bununla yanaşı şişkinlik, qızartı və ya hərəkət məhdudiyyəti yaranırsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub