Böyrək daşlarının qapalı müalicəsi - Perkutan nefrolitotomiya (PCNL)
05.09.2026 08:13

Müasir tibdə böyrək daşlarının cərrahi müalicəsində açıq əməliyyatların yerini artıq böyük ölçüdə qapalı və minimal invaziv metodlar almışdır. Bu üsulların ən effektlilərindən biri hesab edilən perkutan nefrolitotomiya, yəni PCNL əməliyyatı, xüsusilə böyük və çıxarılması çətin olan daşlar üçün əsas seçim yoludur.

 

Aztibb.az xəbər verir ki, prosedur zamanı xəstənin bel nahiyəsindən dəridə təxminən bir santimetrlik kiçik kəsik açılır və rentgen və ya ultrasəs nəzarəti altında böyrəyə nazik bir borucuq yerləşdirilir. Həmin borucuq vasitəsilə daxil edilən optik kamera daşı birbaşa görməyə, xüsusi ultrasəs və ya lazer alətləri isə onu xırda hissələrə parçalayaraq bədəndən tamamilə çıxarmağa imkan verir.

 

Əməliyyatın tətbiq sahələri və üstünlükləri

Hər bir böyrək daşı bu cərrahi müdaxiləni tələb etmir, çünki müalicə növü hər pasiyent üçün fərdi olaraq seçilir. PCNL əsasən ölçüsü iki santimetrdən böyük olan, böyrək kasacıqlarını dolduran mərcanvari daşlarda və ya digər qırma üsullarının nəticə vermədiyi mürəkkəb hallarda tətbiq edilir. Geniş kəsiklərə ehtiyac qalmadığı üçün toxumaların zədələnməsi və qanaxma riski minimuma enir, əməliyyatdan sonrakı ağrılar isə xeyli az olur.

 

Pasientlər adətən bir-iki gün ərzində xəstəxanadan evə buraxılır və qısa müddətdə normal gündəlik həyatlarına qayıdırlar. Ən düzgün müalicə qərarı isə xəstənin ümumi sağlamlıq vəziyyəti, infeksiya riski və kompyuter tomoqrafiyasının nəticələri nəzərə alınaraq uroloq tərəfindən verilir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub