Fruktoza yalnız kalorilərdən ibarət deyil - Çəki artımına necə təsir edir?
05.09.2026 15:41

Piylənmənin səbəbləri yalnız çox yeməklə bağlı deyil. Kaliforniya Universitetinin alimlərinin "Science Advances" jurnalında dərc olunan yeni araşdırması fruktozanın orqanizmdə yağların mənimsənilməsinə təsir edə biləcəyini göstərib.

 

Aztibb.az tədqiqata dair məqaləyə istinadən yazır ki, fruktozanın meyvələrdə, tərəvəzlərin bəzilərində və süfrə şəkərində təbii şəkildə mövcud olmasına baxmayaraq, müasir qidalanmada əlavə fruktoza mənbələrinə də ehtiyac duyulur. Onlardan biri yüksək fruktozalı qarğıdalı siropudur (HFCS) və bu maddə bir çox emal olunmuş məhsulda istifadə edilir.

 

Alimlər siçanlar üzərində apardıqları təcrübədə fruktozanın parçalanmasında iştirak edən KHK-C fermentini nazik bağırsaqda bloklayıblar. 12 həftə ərzində yüksək dozada HFCS verilən bu siçanlarda nəzarət qrupu ilə müqayisədə daha az çəki və yağ artımı müşahidə olunub.

 

Araşdırmaya görə, fruktozanın bağırsaqda metabolizmi bağırsaq mikrobiomuna, immun hüceyrələrinə və limfa damarlarının inkişafına təsir göstərir. Bu damarlar qida yağlarının mənimsənilməsində mühüm rol oynayır. Fruktozanın emalının qarşısının alınması isə yağların bağırsaqdan sorulmasını azaldıb.

 

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, dəyişmiş bağırsaq mikrobiomu başqa siçanlara köçürüldükdə yağların mənimsənilməsində oxşar dəyişikliklər yaranıb.

 

Alimlər nəticələrin insanlarda da təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar. Bununla belə, araşdırma fruktozanın piylənməyə təsirinin sadəcə əlavə kalorilərlə məhdudlaşmadığını və onun bağırsaqda yağların mənimsənilməsini dəyişdirə biləcəyini göstərir.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub