Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Milli Qurtuluş Günü qeyd olunub
14.06.2023 09:37
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar olaraq tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Tədbirdə çıxış edən Şirvan ŞMX-nın direktru Kamil Əhmədov qeyd edib ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. O, əsası H.Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyib.
 
Sonra çıxış edən ASM-in şöbə müdiri Mətanət Səfərova bildirib ki, Azərbaycanın dövlət müstəqillyinin etibarlı əsasları H.Əliyevin rəhbərliyi altında onun qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində yaradılmışdır. Ulu Öndərin xalq və tarix qarşısında ən böyük xidməti budur ki, o, Azərbaycan dövlətçiliyini qorudu, ölkəni parçalanıb yox olmaq təhlükəsindən xilas etdi, Azərbaycan xalqının azad yaşamaq hüququnu təmin etdi.
 
Diqqətə çatdırılıb ki, Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi, elmin, səhiyyənin inkişafı sahələrində də yüksək nailiyyətlər əldə olunub. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev