Xaçmazda akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir keçirilib
29.04.2023 09:48
"Xaçmaz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin və Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş "Nurlu ömür yolu" adlı elmi -nəzəri konfrans keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən xəbərə görə, konfransı giriş sözü ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev açıb. O, ölkə başçısı İlham Əliyevin "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" 3 noyabr 2022- ci il tarixli sərəncamı ilə ölkəmizin elm və təhsil, səhiyyə sistemində görkəmli alimin yubileyinin geniş qeyd olunduğunu bildirib. Direktor Səyyaf Tağıyev əlavə edib ki, Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.
 
Daha sonra Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-qastroenteroloqu Əmir Əsədov Azərbaycan oftalmologiyasının inkişafında mühüm xidmətləri olan Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.
 
Xəstəxananın həkim-neonatoloqu Mahirə Kərimova isə çıxışında Zərifə Əliyevanın oftalmologiya sahəsində praktik həkim kimi çalışdığını, uzun illər ərzində elmi tədqiqatlar apardığını, yaşadığı dövrdə bölgəmiz üçün real problem olan gözlərin traxoma xəstəliyi ilə yaxından maraqlandığını, öz araşdırmalarını bu problemin həllinə yönəltdiyini bildirib. Vurğulayıb ki, Zərifə Əliyevanın tədqiqatları nəticəsində traxoma xəstəliyinin müalicəsində yeni bir üsul meydana gəlib, tədricən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısı alınıb.
 
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov akademik Zərifə Əliyevanı təkcə həkim və alim kimi deyil , həmçinin gözəl qəlbə və nəcib xarakterə malik insan, məğrur Azərbaycan xanımı kimi xarakterizə edib.
 
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev