Neftçalada akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan tədbir
28.04.2023 11:48
Neftçala Rayon Mərkəzi Xəstəxanasında Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan bildirilib ki, Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, eləcə də xəstəxananın həkimləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Öncə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
 
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə Neftçala RMX PHŞ-nin direktoru Elman Quliyev açaraq Prezident İlham Əliyevin Sərəncamına əsasən akademik Zərifə Əliyevanın 100 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini bildirib. Zərifə Əliyevanın mənalı və zəngin həyat yolunu tariximizin ən parlaq səhifələrindən biri kimi qiymətləndirən Elman Quliyev görkəmli alimin ailəsi, xalqı və dövləti uğrunda fədakarlığının gələcək nəsillər üçün bir örnək olduğunu diqqətə çatdırıb.
 
 
Daha sonra çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanınmasında əvəzsiz xidmətləri olub. Dünya oftalmoloqları görkəmli azərbaycanlı alim Zərifə xanım Əliyevanı öz sıralarında görüb, onu bu elmin ön cərgəsində qəbul ediblər.
 
Mirhəsən Seyidov qeyd edib ki, akademik Zərifə Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət göstərib. Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirməyib.
 
Tədbir mənalı ömür yolunu oftalmologiya elminə, xalqına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən bəhs edən çıxışlarla davam edib.
 
Sonda görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev