Tərtərdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilib
16.04.2023 12:09

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Rayon Mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

 

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, eləcə də səhiyyə, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Dövlət Himni səsləndirilib.

 

Tədbirdə Rayon icra hakimiytyətinin başçısı Müstəqim Məmmədov akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. Həmçinin Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülüb, Əməkdar elm xadimi fəxri adını alıb.

 

Qeyd olunub ki, böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik ömrü boyu böyük ictimai işlər aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftamoloqları Elmi Cəmiyyəti İdarəsində “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.

 

YAP rayon təşkilatının sədri Eldar Əsədov “Milli mənəvi dəyərləri özündə birləşdirən böyük alim”, rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Sərxan Cəlahani “Tibb elmində öz dəsti xətti olan novator alim”, xəstəxananın baş həkimi Bəkir Nağıyev “Görkəmli alim, qayğıkeş ana”, rayon mərkəzi xəstəxanasının oftomoloqu Yeganə Əlişova “Zərifə xanım görkəmli şəxsiyyətlərin xatirələrində” və xəstəxananın fizoterapeya kabinetinin müdiri Zəhra Hüseynova “Zərifə xanım Əliyeva doğmalarının yaddaşında” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Çıxışlarda Zərifə xanım Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyi qeyd olunub. Bildirilib ki, Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük.

 

Tədbirin sonunda bir qrup səhiyyə işçisinə YAP rayon təşkilatı tərəfindən üzvlük biletləri və Fəxri fərmanlar təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev