“Həkim, cəmiyyət, xəstə: Mənəviyyət və fəal həyat mövqeyi ideyaları" mövzusunda tədbir keçirilib
13.04.2023 10:55
Qazax Müalicə Diaqnostika Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-ci ildönümünə həsr edilmiş “Həkim, cəmiyyət, xəstə: Mənəviyyət və fəal həyat mövqeyi ideyaları" mövzusunda tədbir keçirilib.
Aztibb.az-a Mərkəzdən verilən xəbərə görə, tədbirdə Qazax rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülayə Həsənova Azərbaycan tibb elmində özünəməxsus yeri olan akademik Zərifə Əliyevanın keçdiyi zəngin və şərəfli ömür yolundan bəhs edib. Oftalmoloq alimin çoxşaxəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycanın tibb elmində parlaq səhifələr açdığını deyən G.Həsənova onun əziz xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini vurğulayıb. O, Zərifə Əliyevanın nümunəvi həyat yolunun gənc nəsillər arasında təbliğinin önəmindən danışıb.
Sonra Mərkəzin drektoru Kamandar İbrahimov çıxış edərək Zərifə Əliyevanın alim, müəllim, həkim kimi məhsuldar elmi və pedaqoji fəaliyyətindən, tibb sahəsində əldə etdiyi nailiyyətlərdən, yeni nəslin yetişdirilməsindəki rolundan, vəfalı həyat yoldaşı, fədakar və qayğıkeş ana kimi ailəsinə sədaqətindən, milli dəyərlərimizə bağlılığından və ailə üzvlərinin onunla bağlı bölüşdükləri maraqlı xatirələrdən bəhs edib.
Mərkəzin həkim–terapevti Elxan Bayramov akademik Zərifə Əliyevanın uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərdiyini və böyük alimin yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmədiyini, onun respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırdığını və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb.
Tədbirdə Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Bəxtiyarlı və böyük tibb bacısı Şəlalə İsmayılova bildiriblər ki, Zərifə xanım Ümummilli Liderlə çiyin-çiyinə addımlamış, çətin günlərdə ona arxa-dayaq olmuşdur. O, bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi.
Sonda Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Bu bölməyə aid digər xəbərlər
Naxçıvanda “Baş ağrıları və dorsalgiyalar: müasir yanaşmalar” mövzusunda I Regional Konfrans keçirilib
29.09.2026 | 16:24
ATU və AzPA-nın birgə təşkilatçılığı ilə Qarabağ Universitetində ilk irimiqyaslı elmi-tibbi konqres keçirilib
16.06.2026 | 13:46
Naxçıvanda “Ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda konfrans keçirilib
02.06.2026 | 12:21
Bakı və Xankəndi şəhərlərində tibbin müxtəlif sahələrini əhatə edən regional konqreslər keçirilib
12.05.2026 | 16:28
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib
21.04.2026 | 16:21
Hepatit virusları ilə bağlı maarifləndirmə və profilaktik tədbirlərin təşviqi məqsədilə Şahbuz RMX-da görüş keçirilib
24.07.2025 | 11:34
Mingəçevir ŞMX-da Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
22.07.2025 | 14:57
Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib
19.06.2025 | 16:06
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
13.04.2025 | 17:14
Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir
22.05.2024 | 17:18
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

