Nar şirəsi haqqında bilmədiklərimiz - Xərçəngin yaranma riskini azaldır
08.10.2020 02:04

Yetişdiyi məkandan asılı olmayaraq nar cənnət meyvəsi, ağacı həyat ağacı, şirəsi isə sevgi içkisi adlandırılır.

 

Növündən asılı olaraq, nar şirin və turş olur. Meyvəyə turş dad verən onun şirəsindəki limon turşusudur. Onun tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlər, boyayıcı maddələr, makro və mikroelementlərlə zəngindir. Qədim zamanlarda şərqdə nar "meyvələrin şahı" sayılırdı.

 

Aztibb.az AZƏRTAC-a istinadən bildirir ki, narın ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilsə də, onun vətəni İran hesab edilir. Onu elmi təbabətə ilk dəfə hind həkimləri gətiriblər.

 

Nar şirəsi yüksək vitaminli içki kimi yorğunluq, qan azlığı, bronxial astma, angina, şüalanma, sınqa xəstəliyi zamanı içilir. Bərpaedici vasitə kimi yoluxucu xəstəliklərdən, operativ müdaxilələrdən, mədə-bağırsaq pozuntularından sonra qəbul edilməsi də çox faydalıdır. Nar iştahanı yaxşılaşdırır, sidik turşulu diatezin, başağrılarının, hipertoniyanın müalicəsində istifadə edilir. Sinir sisteminin möhkəmlənməsi və oyanıqlığı azaltmaq üçün meyvənin pərdəli arakəsmələri qurudularaq çay kimi dəmlənilib içilir.

 

Nar şirəsini su və kök şirəsi ilə qarışdıraraq qəbul etmək məsləhət görülür. Ürək-damar sistemi üçün çox faydalı olan bu içki immun sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir.

 

Gündəlik nar şirəsi içmək və ya meyvəsini yemək mədə-bağırsaq, həzm sistemi, ürək çatışmazlığı, revmatizm və şəkər xəstəliyi zamanı faydalıdır. Diabetdən əziyyət çəkənlərin isə gülöyşə və mələs kimi turşməzə nar növlərindən istifadə etməsi məsləhət görülür.

 

Boğaz və ağciyər üçün çox faydalı olan nar öskürəyi kəsmək qabiliyyətinə malikdir. Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumu balla qarışdırılaraq həmin nahiyəyə tətbiq edilir. Meyvənin suyu bağırsaqları yumşaldır.

 

Nar şirəsi damarlarda aterosklerozun inkişafını zəiflədir. Meyvənin tərkibi qan dövranını gücləndirən antioksidantlarla çox zəngindir. Prostat vəzi xərçənginin yaranma riskini azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub