İsti havalarda günəşdən necə qorunmalıyıq?  
23.07.2026 11:30
Yay aylarında havanın temperaturunun yüksəlməsi ilə günvurma və susuzlaşma riski artır. Xüsusilə günəş şüalarının intensiv olduğu saatlarda açıq havada uzun müddət qalmaq sağlamlıq üçün təhlükəli ola bilər.
 
Bu barədə Aztibb.az-a məlumat verən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Sədaqət Əsgərovanın sözlərinə görə, günəşdən düzgün qorunmaq günvurma riskinin qarşısını almaqda mühüm rol oynayır.
 
Sədaqət Əsgərova qeyd edib ki, günəş şüalarının daha intensiv olduğu 11:00–16:00 saatlarında açıq havada uzun müddət qalmamaq, kölgəli yerlərə üstünlük vermək, açıq rəngli və yüngül geyimlər seçmək, papaq və gün eynəyindən istifadə etmək tövsiyə olunur. Həmçinin gün ərzində kifayət qədər su qəbul etmək orqanizmin susuzlaşmasının qarşısını almağa kömək edir. Başgicəllənmə, ürəkbulanma, güclü baş ağrısı, halsızlıq və yüksək hərarət günvurmanın əlamətləri ola bilər.
 
Həkim bildirib ki, bu əlamətlər müşahidə olunduqda dərhal sərin yerə keçmək, maye qəbul etmək və vəziyyət yaxşılaşmadıqda həkimə müraciət etmək vacibdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır