Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün simulyasiya təlimi keçirilib  
30.07.2026 10:27
Yeni Klinikanın Tibbi Tədris – Simulyasiya Mərkəzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün "Neonatal reanimasiya prinsipləri, Təməl transfer qaydaları" mövzusunda simulyasiya təlimi keçirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, təlimin məqsədi iştirakçıların neonatal reanimasiya sahəsində nəzəri biliklərini möhkəmləndirmək, praktiki bacarıqlarını inkişaf etdirmək və yenidoğulmuşlara göstərilən təxirəsalınmaz tibbi yardımın keyfiyyətini artırmaq olub.
 
Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev tərəfindən keçirilən təlim çərçivəsində iştirakçılar yenidoğulmuşların doğuşdan sonrakı ilkin qiymətləndirilməsi, müsbət təzyiqli ventilyasiya, təhlükəsiz neonatal transfer və Neonatal Reanimasiya Proqramının (NRP) protokolları üzrə nəzəri biliklərini yeniləyib, müasir simulyasiya avadanlıqları üzərində praktiki bacarıqlarını təkmilləşdiriblər.
 
Qeyd edək ki, Tibbi Tədris – Simulyasiya Mərkəzində təşkil olunan simulyasiya təlimləri səhiyyə işçilərinin peşəkar inkişafına, tibbi xidmətin keyfiyyətinin artırılmasına və pasiyent təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib