Abituriyentlərə təhsil və karyera imkanları təqdim olunub  
30.07.2026 09:29

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisi abituriyentlərə ixtisas və universitet seçimini daha məlumatlı şəkildə həyata keçirmək, ali məktəblərin təhsil imkanları, akademik mühiti və inkişaf perspektivləri ilə yaxından tanış olmaq üçün mühüm imkan yaradır. 


Sərgi çərçivəsində Azərbaycan Tibb Universiteti (ATU) tərəfindən abituriyentlər və onların valideynləri üçün məlumatlandırıcı görüş keçirilib.

Universitetdən Aztibb.az-a bildirilib ki, görüşün əsas məqsədi iştirakçılara universitetdə tədris prosesi, fakültələr üzrə imkanlar, tələbə həyatı, elmi fəaliyyət və gələcək peşə perspektivləri barədə ətraflı məlumat vermək olub. 

Tədbirdə ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı Elmira Əliyeva, İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva, eləcə də Tələbə Elmi Cəmiyyətinin rəhbəri Nərgiz Məmmədova çıxış ediblər. 

Çıxışlar zamanı universitetdə tətbiq olunan müasir təhsil proqramları, klinik baza və praktiki hazırlıq imkanları, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, beynəlxalq əməkdaşlıq layihələri, mübadilə proqramları və məzunların peşə inkişaf perspektivləri barədə məlumat verilib.

Görüş interaktiv müzakirələrlə davam edib. Abituriyentlər və valideynlər qəbul qaydaları, təhsil prosesi, fakültələrin xüsusiyyətləri, tələbə həyatı və gələcək karyera imkanları ilə bağlı suallarını ATU nümayəndələrinə ünvanlayıblar. Səsləndirilən suallar ətraflı şəkildə cavablandırılıb. 

Bu cür görüşlər abituriyentlərə düzgün ixtisas seçimi etməyə, ali təhsil mühiti ilə yaxından tanış olmağa və gələcək peşə yollarını daha aydın müəyyənləşdirməyə kömək edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır