Onun kiçik ürəyi artıq sağlam döyünür...
27.07.2026 12:09

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov növbəti uğurlu əməliyyat nəticəsini və balaca xəstəsinin sevincini ictimaiyyətlə bölüşüb.

 

Aztibb.az xəbər verir ki, həkimin sözlərinə görə. təxminən üç ay əvvəl anadangəlmə ürək qüsurundan əziyyət çəkən Zəhra adlı azyaşlı pasiyent cərrah Rəşad Mahmudov tərəfindən uğurla əməliyyat olunub. Əməliyyat mürəkkəb döş sümüyü kəsiyi edilmədən, qabırğalararası kiçik kəsiklə – minimal invaziv üsulla həyata keçirilib.

 

Bu gün keçirilən nəzarət müayinəsinin nəticələrinə əsasən, azyaşlının səhhətinin tam qaydasında olduğu müəyyən edilib.

 

Təcrübəli cərrah öz təəssüratlarını belə ifadə edib:

 

"Bu gözəl qız məndən bu gün birlikdə çəkdirdiyimiz şəkli paylaşmağımı xüsusi olaraq istədi. Mən də onun bu istəyini böyük məmnuniyyətlə yerinə yetirirəm. Bu gün keçirilən nəzarət müayinəsində bir daha əmin olduq ki, hər şey qaydasındadır. Belə müsbət nəticələr hər bir həkim və tibb müəssisəsi üçün ən böyük sevincdir."

 

Həkim Zəhraya və bütün uşaqlara möhkəm cansağlığı, uzun və xoşbəxt ömür arzulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub