Genetik məlumatın böyük hissəsi yalnız ana xətti ilə nəsildən-nəslə ötürülür - Araşdırma
26.07.2026 12:34

İnsan orqanizmindəki genetik məlumatın böyük hissəsi hüceyrə nüvəsində yerləşən DNT-də saxlanılır. Bununla yanaşı, hüceyrələrin enerji istehsal edən hissəsi olan mitoxondrilərdə də ayrıca genetik material – mitoxondrial DNT (mtDNT) mövcuddur.

 

Aztibb.az  "Cell Press"ə istinadən yazır ki, alimlərin araşdırmasına görə, mitoxondrial DNT yalnız anadan övladlarına ötürülür. Həm oğlan, həm də qız uşaqları bu DNT-ni analarından alırlar. Lakin yalnız qız övladları onu gələcək nəsillərə ötürə bilir. Buna görə də mitoxondrial DNT ana xətti üzrə nəsillər boyu davam edən unikal genetik zəncir yaradır.

 

"Mitoxondrial Həvva" kimdir?

 

Genetik tədqiqatlar göstərir ki, bu gün yaşayan bütün insanların mitoxondrial DNT-si təxminən 150–200 min il əvvəl Afrikada yaşamış ortaq bir qadına qədər izlənilə bilir. Alimlər onu "Mitoxondrial Həvva" adlandırırlar.

 

Bu termin həmin qadının o dövrdə yaşayan yeganə qadın olması demək deyil. Sadəcə, onun ana xətti fasiləsiz şəkildə günümüzə qədər gəlib çatıb, həmin dövrdə yaşamış digər qadınların isə mitoxondrial DNT xətləri zamanla kəsilib.

 

Bu, "nəsli yalnız qız davam etdirir" demək deyil

 

Mütəxəssislər vurğulayırlar ki, bu fakt yalnız mitoxondrial DNT-yə aiddir. İnsan genomunun böyük hissəsi həm anadan, həm də atadan miras alınır. Yəni həm oğlan, həm də qız övladları valideynlərinin genetik xüsusiyyətlərini gələcək nəsillərə ötürürlər.

 

Mitoxondrial DNT isə yalnız ana xətti ilə ötürüldüyünə görə, təkamül, insan mənşəyi və bəzi irsi xəstəliklərin öyrənilməsində alimlər üçün mühüm əhəmiyyət daşıyır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub