Arıqlama preparatlarının ciddi göz xəstəliyinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib
27.07.2026 13:15

Avstraliya Terapevtik Məhsullar İdarəsi (TGA) tip 2 diabet və piylənmənin müalicəsində istifadə olunan GLP-1 reseptor aqonisti preparatlarının nadir, lakin ciddi göz xəstəliyi riskini artıra biləcəyi barədə xəbərdarlıq yayıb.

 

Aztibb.az xəbər verir ki, qurumun açıqlamasına görə, sözügedən preparatlar qeyri-arteritik ön işemik optik neyropatiya (NAION) adlanan nadir xəstəliyin yaranması ilə əlaqəli ola bilər.

 

Xəbərdarlıqda qeyd olunub ki, NAION daimi görmə pozğunluğuna, o cümlədən korluğa səbəb ola bilər. Hazırda bu xəstəlik nəticəsində yaranan görmə itkisini bərpa edən təsdiqlənmiş müalicə üsulu mövcud deyil.

 

TGA vurğulayıb ki, GLP-1 preparatlarından istifadə edən şəxslərdə qəfil görmə zəifləməsi və ya görmə itkisi baş verərsə, dərmanın qəbulu dərhal dayandırılmalı və təcili olaraq tibb müəssisəsinə müraciət edilməlidir.

 

Avstraliya Terapevtik Məhsullar İdarəsinin məlumatına görə, bu günədək GLP-1 preparatlarının istifadəsi ilə əlaqələndirilən 36 NAION hadisəsi qeydə alınıb.

 

NAION gözün arxa hissəsində yerləşən görmə sinirinə qan axınının pozulması nəticəsində yaranır. Xəstəlik adətən yuxudan oyandıqdan sonra qəfil, ağrısız görmə itkisi ilə özünü göstərir və əksər hallarda yaranan zədələnmə geri dönməz olur.

 

GLP-1 reseptor aqonistləri orqanizmdə qan şəkərinin səviyyəsini və iştahı tənzimləyən təbii hormonun təsirini təqlid edir. Bu preparatlar əsasən tip 2 diabetin müalicəsində, eyni zamanda piylənmənin və artıq çəkinin idarə olunmasında geniş istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub