İSİM-in nümayəndələri "Sağlam ailə və reproduktiv sağlamlıq" mövzusunda təlimdə çıxış ediblər
24.07.2026 11:08
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində “Sağlam ailə və reproduktiv sağlamlıq” mövzusunda təlim keçirilib.
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) məluumat verilib.
Bildirilib ki, Sabunçu Gənclər Evində təşkil edilən təlimin əsas məqsədi gənclərlə çalışan kadrların reproduktiv sağlamlıq, ailə planlaşdırılması və erkən nikahın fəsadları üzrə biliklərini artırmaq, bu istiqamətdə gənclər arasında aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək olub.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, səhiyyə sahəsi üzrə ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova təlimin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına xidmət etdiyini vurğulayıb.
Nazirliyin Sosial proqramlar sektorunun müdiri vəzifəsini icra edən Nərmin Cahangirova təlimin qadınların sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: Sağlam gələcəyə tibbi baxış”, İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova “Erkən hamiləliyin tibbi fəsadları və sağlam həyat tərzi”, mərkəzin psixoloqu Aysel Musayeva isə “Stressin reproduktiv sağlamlığa təsiri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzəçilər reproduktiv sağlamlığın qorunmasının vacibliyini vurğulayaraq, vaxtında aparılan profilaktik müayinələrin, psixoloji amillərin və sağlam həyat tərzinin ailə rifahındakı rolundan danışıblar.
Tədbirdə həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva “Sağlam ailənin təməli: hüquqi biliklər və məsuliyyətli ailə quruculuğu”, Gənclər və İdman Nazirliyinin Gənclər evləri ilə iş sektorunun əməkdaşı Əsmər Məmmədova isə “Sağlam ailə və reproduktiv sağlamlıq: Media dili və etik yanaşmalar” mövzularında geniş məlumat təqdim ediblər.
İnteraktiv formatda davam edən ikigünlük təlimdə iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Rumıniyada COVID-19 pandemiyasında ölən insanların cəsədlərinin olduğu kütləvi məzarlıq aşkarlanıb
22.09.2026 | 15:25
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
22.09.2026 | 13:42
Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyətinin Şamaxı toplantısı keçirilib
22.09.2026 | 12:14
Ölkəmiz İspaniyada keçirilən Avropa Respirator Cəmiyyətinin Beynəlxalq Konqresində təmsil olunub
21.09.2026 | 16:29
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
21.09.2026 | 15:30
Tibb Universitetinin tələbələri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin fəaliyyəti ilə tanış olublar
21.09.2026 | 15:23
TƏBİB nümayəndəsi Taylandda beynəlxalq təlimdə iştirak edib
21.09.2026 | 14:15
Dayanıqlı səhiyyə işçi qüvvəsinin formalaşdırılması və saxlanılması məsələləri müzakirə olunub
21.09.2026 | 12:05
ATU əməkdaşı Rusiyada beynəlxalq uşaq cərrahiyyəsi konfransında iştirak edib
21.09.2026 | 11:32
21 Sentyabr — Ümumdünya Alzheimer Xəstəliyi ilə Bağlı Məlumatlandırma Günüdür
21.09.2026 | 11:18
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
14.09.2026 | 15:11
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
17.09.2026 | 17:53
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
15.09.2026 | 10:05
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
16.09.2026 | 17:58
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
15.09.2026 | 15:32
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
14.09.2026 | 17:17
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər
14.09.2026 | 16:57
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
13.09.2026 | 13:14
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
15.09.2026 | 12:27
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
15.09.2026 | 14:18
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
17.09.2026 | 13:18
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib
14.09.2026 | 13:41
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
16.09.2026 | 09:48
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
15.09.2026 | 10:14
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Travmatoloq-ortopedi Ramal Həsənov
15.09.2026 | 11:46

