“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
27.07.2026 10:25
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzində “Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib.
Aztibb.az-ın xəbərinə görə, seminarı giriş nitqi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki Rauf Abbasov açaraq klinik genetik testlərin müasir səhiyyə sistemində rolu, multidissiplinar əməkdaşlığın əhəmiyyəti, eləcə də fərdiləşdirilmiş tibbin inkişaf perspektivləri barədə məlumat verib.
Tədbirdə biologiya üzrə fəlsəfə doktoru Cəmilə Bayramovanın “DTX Genetik Araşdırmalar Mərkəzi: diaqnostik imkanlar və klinik xidmətlər”; tibb elmləri doktoru Rəşad Şolanın “Uroloji praktikada klinik genomika: risk stratifikasiyasından fərdi müalicəyə”, tibb üzrə fəlsəfə doktoru Samir Qurbanovun “Süd vəzi xərçəngində irsi riskin idarə edilməsi: BRCA-dan multigen panellərə”, Dr. Rəxşəndə Əliyevanın “Müasir ginekologiyada genetik testlərin yeri” mövzusunda məruzələri dinlənilib.
Seminar çərçivəsində klinik genetik testlərin urologiya, onkologiya, mammologiya və ginekologiya sahələrində tətbiqi, molekulyar diaqnostikanın müasir imkanları, fərdiləşdirilmiş tibbin aktual yanaşmaları, həmçinin multidissiplinar əməkdaşlığın elmi-praktik əhəmiyyəti ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda klinik genetikanın gündəlik tibbi praktikaya inteqrasiyasının genişləndirilməsi, müasir diaqnostik yanaşmaların tətbiqinin təşviqi və müxtəlif ixtisaslar üzrə mütəxəssislər arasında elmi bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından bu cür elmi-praktik seminarların mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

