1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının və 27 nömrəli Şəhər Poliklinikasının baş həkimləri təltif olunub
29.07.2026 10:56

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Fikrət Zeynalov və 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. Bununla əlaqədar Bakı Baş Səhiyyə Mərkəzində tədbir keçirilib.

 

BBSM-dan Aztibb.az-a bildirilib ki, tədbirdə Mərkəzin direktoru vəzifəsini icra edən direktorun müavini Nərgiz Şərifova, direktorun müavinləri Leyla Şərifova, Fərman Məmmədov, həmçinin şöbə müdirləri və digər əməkdaşlar iştirak edib.

 

N.Şərifova hər iki baş həkimə səhiyyə sahəsindəki xidmətlərinə görə öz təşəkkürünü bildirib.

 

Tədbirdə çıxış edənlər onların səhiyyə sahəsində göstərdiyi səmərəli fəaliyyəti, tibbin inkişafına verdiyi töhfələri xüsusilə vurğulayıblar, qeyd olunub ki, hər iki həkim uzun illər ərzində yüksək peşəkarlığı, insanlara qarşı qayğıkeş münasibəti ilə seçilərək səhiyyə sisteminin inkişafına mühüm töhfələr veriblər.

 

Tədbirin sonunda Fikrət Zeynalov və Sevinc Yusifova səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin MƏLUMATI
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb