Oğuz rayonunda 220-dən çox uşaq tibbi müayinələrə cəlb olunub
25.07.2026 13:54
Oğuz Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin həkim heyəti tərəfindən Yaqublu və Yenikənd körpələr evi–uşaq bağçalarında, Malıq kənd tam orta məktəbində, Bucaq, Kərimli və Ərmənət kəndlərində, eləcə də 2 nömrəli Körpələr evi–uşaq bağçasında uşaqların icbari dispanserizasiyası həyata keçirilib.
 
Oğuz RMX-dan Aztibb.az-a bildirilib ki, tibbi müayinələr zamanı uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib, ehtiyac olan uşaqlarla bağlı əlavə müayinələr və müvafiq müalicə tədbirləri ilə üçün tövsiyələr verilib.
 
Eyni zamanda, valideynlərə sağlam həyat tərzi, uşaqların fiziki və psixoloji inkişafı, eləcə də xəstəliklərin erkən aşkarlanmasının əhəmiyyəti barədə maarifləndirici məlumatlar təqdim olunub.
 
Qeyd edək ki, cari ilin iyun və iyul ayları ərzində ümumilikdə 225 nəfər uşaq icbari dispanserizasiya prosesinə cəlb olunaraq tibbi müayinələrdən keçirilib.
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir