Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
22.07.2026 13:17

Azərbaycan Respublikasının səhiyyə naziri cənab Teymur Musayev tərəfindən Mərkəzi Klinikanın bir qrup əməkdaşı ölkəmizdə və bütövlükdə Cənubi Qafqaz regionunda ilk dəfə meyit donorundan ürək transplantasiyası əməliyyatlarını uğurla icra etdiklərinə, eləcə də Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Fəxri fərmanla təltif olunub.

 

Bu barədə Aztibb.az-a Klinikadan xəbər verilib.

 

Bu münasibətlə Mərkəzi Klinikada təltif olunan əməkdaşlarla görüş keçirilib. Tədbirdə baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslaşmış tibbi komandanın üzvləri – ürək-damar cərrahları Nigar Kazımzadə və Kamran Əhmədov, kardioreanimatoloq Kamran Nağızadə, kardioloq Oktay Musayev, anestezioloq Asəf Məmmədov və digər əməkdaşlar iştirak ediblər.

Mərkəzi Klinikanın Baş direktoru Həsən Qəndilov Fəxri fərmanları təqdim edərək əməkdaşları təbrik edib. O bildirib ki, bu yüksək dövlət təltifi yalnız mükafatlandırılan mütəxəssislərin əməyinə verilən qiymət deyil, həm də Mərkəzi Klinikanın kollektivinin ölkə səhiyyəsinin inkişafına verdiyi töhfəyə göstərilən etimadın ifadəsidir.

Baş direktor əldə olunan uğurlarda göstərdiyi dəstəyə görə Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevə, səhiyyə naziri cənab Teymur Musayevə və Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə minnətdarlığını ifadə edib.
Professor Musayev təltif olunan əməkdaşlar adından təşəkkürünü bildirərək vurğulayıb ki, təbabətinin ən mürəkkəb əməliyyatlarından hesab olunan ürək transplantasiyasının uğurla icrası yüksək texnoloji təminat, peşəkar mütəxəssislər, multidissiplinar komanda işi və güclü təşkilati koordinasiya tələb edir. Onun sözlərinə görə, əldə olunan nəticələr Mərkəzi Klinikanın və Azərbaycan səhiyyəsinin beynəlxalq tibbi standartlara uyğun inkişafının bariz göstəricisidir.

Tədbir səmimi müzakirələr və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır