Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
21.07.2026 08:49
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasının Ağdərə rayonu Vəngli tibb məntəqəsində əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə səyyar tibbi aksiya təşkil olunub.
 
Aztibb.az-a Tərtər RMX-dan verilən xəbərə görə, işğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentyönümlü səhiyyə xidmətlərinin əlçatanlığının artırılması və vətəndaşların yaşadıqları ərazidə müasir tibbi xidmətlə təmin olunması TƏBİB-in əsas prioritet istiqamətlərindəndir. Bu məqsədlə həyata keçirilən səyyar tibbi müayinələr mövcud sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə, xəstəliklərin erkən aşkarlanmasına, vaxtında tibbi müdaxilənin təmin edilməsinə və gələcəkdə göstərilən səhiyyə xidmətləri daha da təkmilləşdirilməsinə mühüm töhfə verir.
 
Müayinə çərçivəsində terapevt, ginekoloq, pediatr, cərrah, kardioloq, radioloq və laboratoriya ixtisasları üzrə həkimlər tərəfindən vətəndaşlara tibbi xidmət göstərilib. Müraciət edən şəxslərin sağlamlıq vəziyyəti qiymətləndirilib, şikayətləri dinlənilib, laborator analizlər üçün nümunələr götürülüb və zəruri müayinələr aparılıb.
 
Səyyar tibbi aksiya zamanı 37-dən çox vətəndaşa ümumilikdə 100-ə yaxın tibbi xidmət göstərilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır