“İnnovativ stomatologiyada müalicə protokolları” mövzusunda beynəlxalq konfrans keçirilib
18.12.2022 09:52

Naxçıvan Dövlət Universitetində (NDU) “İnnovativ stomatologiyada müalicə protokolları” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan konfransda giriş nitqi ilə çıxış edən universitetin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, ali təhsil müəssisəsində bu cür beynəlxalq konfransların keçirilməsi, müxtəlif dərnək və qurumlarla görüşlərin təşkil olunması ənənəsi peşəkar kadr hazırlığına xidmət edən mühüm amillərdən biridir.

 

Rektor ali təhsil müəssisəsində stomatologiya sahəsində tədrisin yüksək səviyyədə təşkili, təcrübi vərdişlərə yiyələnmək məqsədilə yaradılan “Stomatoloji simulyasiya kabinəsi”, universitet xəstəxanasında istifadəyə verilən stomatoloji kabinələr haqqında iştirakçıları məlumatlandırıb.

 

Ölkəmizdə ilk dəfə Naxçıvan Dövlət Universitetində baş tutan I Beynəlxalq Tibbi Forum çərçivəsində ali təhsil ocağının genişlənən əlaqələrinə toxunan Elbrus İsayev Türkiyənin beynəlxalq arenada öz sözünü deyən universitetləri ilə qarşılıqlı əməkdaşlıq münasibətlərindən söz açıb. Bildirib ki, tələbələr qardaş ölkənin müxtəlif profilli universitetlərində təcrübə prosesini davam etdirir, stomatoloq həkimlər və tələbələr mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq miqyaslı konfranslarda, simpoziumlarda, layihələrdə iştirak edirlər.

 

Rektor muxtar respublikada stomatologiyanın inkişafında Azərbaycan İmplantoloq İctimai Birliyinin xüsusi rolu olduğunu nəzərə çatdıraraq, konfransın işinə uğurlar arzulayıb.

 

Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafından və Naxçıvan Dövlət Universitetinin bu sahədə peşəkar kadr hazırlığından bəhs edən Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov davamlı tibbi təhsilin önəmini vurğulayıb. O, son dövrlər muxtar respublika səhiyyəsində kadr və texniki cəhətdən inkişafın nəzərə çarpacaq dərəcədə olduğunu bildirib.

 

Tədbirdə “Klinik təcrübədə endodontik protokollar”, “Endodontik müalicəli dişlərdə müasir restavrasiyalar”, “Təməl implant cərrahiyyəsində protokollar”, “Apikal rezeksiyalar”, “Qeyri-cərrahi parodontal müalicə yanaşması: Doğru diaqnostika” və digər mövzularda məruzələr dinlənilib.


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama