"Sağlam böyüyən uşaq" adlı elmi-praktik konfrans təşkil olunub (Fotolar)
08.11.2022 11:52
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Organization of Medical Projects" (OMP) şirkətinin birgə əməkdaşlığı ilə 5 noyabr 2022-ci il tarixdə "Sağlam böyüyən uşaq" adlı elmi-praktik konfrans keçirilib.
 
Aztibb.az xəbər verir ki, konfransda Bakıdan və digər bölgələrdən həkim-mütəxəssislər iştirak ediblər.
 
Türkiyədən dəvət olunmuş prof. Adem Aydın, prof. Ayhan Abacı, prof. Hasan Tekgül və yerli mütəxəssislər - uzman həkim Nailə Ələkbərova , tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə, tibb üzrə fəlsəfə doktoru Toğrul Ömərov , Rima İbadovanın iştirakı ilə keçirilən konfransın əsas məqsədi uşaq nevroloji xəstəliklərinin, pediatrik hematologiya, endokrinologiya və urologiyanın aktual problemlərini müzakirə etmək, yeni nailiyyətləri diqqətə çatdırmaq, əldə olunan müvəffəqiyyətləri və risk faktorlarını bölüşmək olub.
 
Səmərəli fikir mübadiləsi əsasında aparılan konfrans müddətində videotəqdimatlar nümayiş olunub və professorlarla canlı bağlantılar qurulub.
 
Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 8 Davamlı Tibbi Təhsil kredit balı qazanıb.
ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib