Şəhid ailəsinin əkiz körpələri ETPİ-də müalicə alaraq evə yazılıb
03.11.2026 08:26
Vaxtından əvvəl doğulan körpələr vəziyyətlərinin ağırlığı ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) köçürülüb.
 
Aztibb.az xəbər verir ki, körpələrdən biri Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsinə, digəri Vaxtından Qabaq Doğulmuşların Patologiyası Şöbəsinə yerləşdirilib.
 
Körpələrdən birinə yenidoğulmuşun tənəffüs çatışmazlığı, pnevmoniya və doğuş zamanı az bədən çəkisi (1650 qram), digərinə isə doğuş zamanı az bədən çəkisi (1830 qram) və neonatal sarılıq diaqnozları qoyulub.
 
Körpələrə institutun həkimləri tərəfindən müvafiq tibbi yardım göstərilib, müalicə prosesi diqqət və nəzarət altında davam etdirilib. Vəziyyəti stabilləşdikdən sonra digər körpə də müalicəsinin davam etdirilməsi məqsədilə Vaxtından Qabaq Doğulmuşların Patologiyası Şöbəsinə (VQDPŞ) köçürülüb.
 
Aparılan kompleks müalicə tədbirləri nəticəsində körpələrin ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, tənəffüs funksiyası bərpa olunub, qidalanmaları normallaşıb və bədən çəkiləri artıb.
 
Körpələrin hər ikisi 2000 qramadək çəki artırıb və qənaətbəxş vəziyyətdə evə yazılıb.
 
Körpənin ailə üzvləri göstərilən yüksək ixtisaslı tibbi xidmətə, həssas və qayğıkeş münasibətə görə ETPİ-nin rəhbərliyinə, müalicə həkimlərinə, bütün tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.
 
ETPİ şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını əsas fəaliyyət istiqamətlərindən biri kimi daim diqqətdə saxlayır. İnstitutun kollektivi körpələrə sağlam, xoşbəxt və uzun ömür arzulayır!
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat