Gəncədə Əziz Əliyevin 130 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
03.11.2026 07:09

Gəncə şəhərində görkəmli dövlət və elm xadimi, tanınmış həkim, akademik Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutub.

Konfransdan əvvəl Əziz Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər Əziz Əliyevin Azərbaycan səhiyyəsinin, tibb elminin və milli tibb təhsilinin inkişafındakı müstəsna xidmətlərini vurğulayıb, onun zəngin elmi, pedaqoji və ictimai irsinin ölkəmiz üçün əhəmiyyətindən bəhs ediblər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında bildirib ki, Əziz Əliyev səhiyyənin inkişafını yalnız tibb müəssisələrinin fəaliyyəti ilə məhdudlaşdırmayıb, yüksəkixtisaslı və peşəkar həkim kadrlarının hazırlanmasını da ölkənin gələcəyi baxımından mühüm strateji vəzifə kimi müəyyənləşdirib. Onun təşəbbüsləri və çoxşaxəli fəaliyyəti Azərbaycanda tibb təhsilinin və səhiyyə sisteminin inkişafında mühüm mərhələ təşkil edib.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Pənahov isə çıxışında Əziz Əliyevin zəngin irsinin bu gün də tibb sahəsində çalışan mütəxəssislər üçün örnək olduğunu qeyd edib. O bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində həkimlərin bilik və peşə bacarıqlarının artırılması, müasir tibbi nailiyyətlərin səhiyyə sistemində tətbiqi istiqamətində həyata keçirilən tədbirlər Əziz Əliyevin müəyyənləşdirdiyi missiyanın davam etdirilməsinə xidmət edir.

Konfrans elmi məruzələrlə davam edib. Məruzələrdə Əziz Əliyevin həyat və fəaliyyəti, Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına verdiyi töhfələr, eləcə də elmi-pedaqoji irsi müxtəlif aspektlərdən təhlil olunub.

Qeyd edək ki, Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinin Gəncədə elmi-praktiki konfrans formatında qeyd edilməsi görkəmli şəxsiyyətin zəngin irsinin daha dərindən öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat