İqlim dəyişməsi infeksion xəstəliklərin modellərini də dəyişir – FAKTLAR
27.09.2021 11:55

Son 50 ildə iqlimə qlobal təsir edən külli miqdarda karbon qazı və digər parnik qazları havaya buraxılıb. Karbon qazının atmosferdəki miqdarı “sənaye inqilabı” ndan əvvəlki səviyyəsindən 30%-dən çox artıb ki, bu da çox isti havanın atmosferin aşağı təbəqələrində saxlanılmasına gətirib çıxarır. Nəticədə baş verən iqlimin qlobal dəyişməsi sağlamlıq üçün yüksək hərarətdən ölüm, infeksion xəstəliklərin modellərinin dəyişməsi və s. təhlükələr törədir.

 

Aztibb.az xəbər verir ki, havanın qısa müddətli intensiv dəyişməsi ürək və respirator (nəfəs yolları) xəstəliklərdən ölüm hallarını artıra bilən istilik stressini (hipertermiya), ya da həddindən artıq soyumanı (hipotermiya) yaradaraq, sağlamlığa ciddi təsir göstərə bilir. Aparılan tədqiqatlar göstərdi ki, 2003-cü ildən başlayaraq, yay aylarında ən yüksək hərarətlər ölüm hallarının kəskin artmasına səbəb olub. Həmin tarixdən etibarən qeydə alınan ölüm halları, hesablamalara görə, ötən illərin eyni dövrü ilə müqayisədə iki dəfədən çox olub.

 

 

 

Hərarətin qlobal yüksəlməsi antropogen və təbii mənşəli bərk zərrəciklərin havada olan səviyyəsinə və bu da mövsümi infeksiyon xəstəliklərin modellərinin dəyişməsinə, astmanın infeksiyadan asılı növün yayılmasına təsir göstərir.  İqlimin dəyişməsinin qarşısını almaq və nəticələrinə hazır olmaq üçün təcili tədbirlər görülməzsə, yaxın 10 ildə astmadan ölüm hallarının təxminən 20%-dən çox artacağı gözlənilir.

 

Qlobal istiləşmənin digər nəticəsi olaraq, dəniz səviyyəsinin artması sahilboyu regionların su altında qalması təhlükəsini artırır ki, bu da əhalinin miqrasiyası ilə nəticələnə bilər. Hazırda dünya əhalisinin 60%-dan çoxu sahil xəttininin 60 km məsafə dairəsində yaşayır. Daşqınlar bilavasitə travma və ölümlə nəticələnir. Eyni zamanda su vasitəsi ilə keçən xəstəliklərə və transmissiv xəstəliklərə yoluxma riski artır. Əhalinin miqrasiyası isə gərginliyi və münaqişələrin potensial riskini artırır.

 

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib