Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır
03.08.2026 09:30

Yay aylarında qida zəhərlənməsi və bağırsaq infeksiyalarının riski artır. İsti havalarda bakteriya, virus və parazitlər daha sürətlə çoxalır. Açıq havada uzun müddət saxlanılan və ya düzgün şəraitdə qorunmayan qidalar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Aztibb.az xəbər verir ki, aparılan tədqiqatlara görə, xüsusilə ət, toyuq, balıq, süd məhsulları və bişmiş yeməklərin soyuq şəraitdə saxlanılması vacibdir. Bu qidalar istidə bir neçə saat qaldıqda, görünüşü və qoxusu dəyişməsə belə, təhlükəli bakteriyalarla çirklənə bilər.

Bağırsaq infeksiyalarının əsas əlamətləri qarın ağrısı, ishal və qusmadır. Qida zəhərlənməsində isə əksər hallarda əvvəl qusma, sonra ishal müşahidə olunur. Uşaqlar, yaşlılar, şəkərli diabet, böyrək və ürək xəstəliyi olan şəxslərdə xəstəlik daha ağır keçə bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ishal zamanı həkim məsləhəti olmadan antibiotik qəbul etmək düzgün deyil. Müalicədə əsas məqsəd itirilən maye və elektrolitlərin bərpasıdır. Həmçinin uşaqlara ishal zamanı qazlı içkilər və hazır meyvə şirələri vermək tövsiyə edilmir.

Qida mənşəli infeksiyalardan qorunmaq üçün əllərin yeməkdən əvvəl və tualetdən sonra ən azı 20 saniyə sabunla yuyulması, qidaların düzgün saxlanılması və hovuz suyunun udulmaması tövsiyə olunur. İshalı olan uşaqların isə infeksiyanın yayılmaması üçün hovuza buraxılmaması məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub