Hovuzdan sonra qulağınızı belə qoruyun – İnfeksiya riski yüksəkdir  
02.08.2026 19:20

Yay aylarında hovuzdan sonra qulaq infeksiyalarına yoluxma halları artır.

Aztibb.az xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, bunun əsas səbəbi hovuzun çirkli olması deyil, sudakı xlor və digər kimyəvi maddələrin qulaq kanalının təbii qoruyucu balansını pozması, həmçinin qulaqda qalan nəmin bakteriya və göbələklərin çoxalması üçün əlverişli mühit yaratmasıdır.

Qulaqda qaşınma, dolğunluq hissi, ağrı və axıntı infeksiyanın ilk əlamətləri sayılır. Müalicə gecikərsə, qulaq kanalında daralma yarana və tibbi müdaxilə tələb oluna bilər.

Riski azaltmaq üçün hovuzdan sonra başı yana əyərək qulaqdakı suyu çıxarmaq, daha sonra isə fenlə aşağı temperaturda və 25-30 sm məsafədən qulaq nahiyəsini qurutmaq tövsiyə olunur.

Mütəxəssislər qulaq təmizləmək üçün pambıqlı çubuqlardan istifadəni də məsləhət görmür. Çünki bu vasitələr qulaq kanalının təbii qoruyucu təbəqəsini zədələyərək infeksiya riskini artırır.

Qulaq pərdəsində deşik olan və ya qulaq borucuğu taxılan şəxslərin isə hovuz və ya dənizə girərkən silikon qulaq tıxaclarından istifadə etməsi, qulağa su düşməsinin qarşısını alması tövsiyə edilir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib