Koronavirusa yoluxmuş xəstələrin qanında 250-dən çox anticisim yaranır - Professor
06.09.2021 14:04

Yeni növ koronavirus (COVID-19) infeksiyasının tərkibində 30 mindən çox amin turşusu var. COVID-19 ən uzun RNT genomuna malik virus olduğuna görə sürətli mutasiyaya məruz qala bilməz. Aktiv yoluxdurma dövrü dörd fəsildən çox olmayan bu tipli virus infeksiyalarda hər ay müəyyən genom fərqliliyi göstərən yalnız 2 mutant ştam əmələ gələ bilər. Yəni, hazırda COVID-19-un genom fərqliliyi göstərən ştamlarının ümumi sayı 24-dür. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun ştamlarını yunan əlifbası ilə adlandırmasının əsas səbəbi budur.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

 

O, bildirib ki, həmin ştamların letallıq (ölümcüllük) göstəricisi, həmçinin müalicəyə və peyvəndə dözümlülük xüsusiyyəti COVID-19-dan güclü ola bilməz: “Ona görə də, COVID 19-un öyrənilmiş üç (“beta”, “qamma”, “delta”) və tədqiqatı yekun mərhələdə olan beş ştamı, eləcə də gələcəkdə öyrəniləcək digər 15 ştamın tədqiqi yalnız elmi məqsəd daşıyır, çünki onlar bəşəriyyət üçün çox təhlükəli deyil. Həmçinin hər növbəti ştamın potensial fəallığı əvvəlkindən az olduğuna görə onlar fəsli infeksiya kimi dəyərləndirilməli və profilaktik tədbirlər bu istiqamətdə qurulmalıdır”.

 

M.Qəniyev vurğulayıb ki, koronavirusa yoluxmuş xəstənin qanında virus əleyhinə 250-dən çox anticisim yaranır: “Onların 28-i infeksiya ilə aktiv şəkildə mübarizə aparır. Digər İgG tipli anticisimlər isə COVID 19-a xüsusi selektivlik göstərərək virusla “birbaşa” vuruşur. Həmin anticisimlərin miqdarı ilə infeksiyanın ağırlıq dərəcəsi arasında birbaşa əlaqə var. Yəni, infeksiyanı daha ağır keçirənlərdə bu anticisimlərin titri daha yüksək olur. COVID-19-dan sağalanların praktik olaraq hamısında üç aydan sonra qoruyucu anticisimlərin titri iki dəfə azalır və bu azalma 6-8 aydan sonra sıfırlanır. Buna görə narahat olmaq lazım deyil. Əvvəla, bu hal orqanizmin özünütənzim mexanizmlərinə istinad edən mütləq qanunauyğunluqdur. İkincisi, DNT və ya RNT əsaslı viruslara birinci yoluxmada, onların genetik surəti hüceyrənin immun yaddaşına birdəfəlik həkk olunur. Qoruyucu İgG anticisimləri ilkin yoluxmada 21-ci gündən, təkrari yoluxma və ya peyvənddən sonra yoluxma zamanı isə 3-cü gündən əmələ gəlməyə başlayır. Ona görə də, COVID 19-a təkrari və ya peyvənddən sonra yoluxma zamanı xəstənin letallığı yalnız sıfırın üstündə ola bilər. Bu hal ümumiyyətlə narahatlığa səbəb olmamalıdır, çünki COVID-19-a təkrari və ya peyvənddən sonra yoluxma riski yalnız 0,002 faizdir”.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər