Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 11:46

Keçən həftə ərzində Tayvanda COVID-19 infeksiyası səbəbindən 14 nəfər həyatını itirib, 72 nəfərdə isə xəstəliyin ağır forması qeydə alınıb. Yerli KİV-in məlumatına görə, bu, hazırkı yoluxma dalğasında bir həftə ərzində qeydə alınan ən yüksək ölüm göstəricisidir.

 

Aztibb.az "Anadolu Ajans"a istinadən yazır ki, Tayvan Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) Epidemik Kəşfiyyat Mərkəzinin direktor müavini Li Çia-linin sözlərinə görə, ötən ilin oktyabr ayından indiyədək ölkədə COVID-19-un ağırlaşmaları ilə müşayiət olunan 337 yerli yoluxma halı qeydə alınıb. Bu hallardan 42-si ölümlə nəticələnib.

 

COVID-19-la əlaqədar ambulator və təcili yardım şöbələrinə müraciətlərin sayı da artıb. Avqustun 2–8-i tarixlərində bu göstərici 24 645 nəfərə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 27,6 faiz çoxdur.

 

CDC həftəlik tibbi müraciətlərin pik həddinə dair proqnozunu əvvəlki 51 min nəfərdən 27 min nəfərə endirib. Qurumun məlumatına görə, hazırkı yoluxma dalğasının avqust ayının ortaları ilə sonu arasında ən yüksək həddə çatacağı gözlənilir.

 

Məlumatda qeyd olunur ki, yaşlı insanlar hələ də ən yüksək risk qrupunda qalırlar. Ötən ilin oktyabr ayından bəri qeydə alınan ağır halların 73,9 faizi 65 yaş və yuxarı şəxslərin payına düşür. Xəstələrin 84 faizində xroniki yanaşı xəstəliklər olub, təxminən 90 faizi isə mövsümi COVID-19 peyvəndinin son dozasını vurdurmayıb.

 

CDC hazırda ölkə anbarlarında təxminən 140 min doza COVID-19 peyvəndinin qaldığını bildirib. Onlardan 37 min dozanın istifadə müddəti sentyabrın 9-da başa çatacaq və həmin vaksinlər yerli idarələrə paylanacaq.

 

Hesabatda vurğulanır ki, hazırda Avropa və Afrikanın bəzi bölgələrində COVID-19 testlərinin pozitivlik göstəricisi artır. Eyni zamanda Çin, Tailand, Cənubi Koreya, ABŞ və Yaponiyada da yoluxmaların artdığı müşahidə olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Daşkəsəndə tanınmış ginekoloq uzun sürən xəstəlikdən sonra vəfat edib
Ölkəmiz İspaniyada keçirilən Avropa Respirator Cəmiyyətinin Beynəlxalq Konqresində təmsil olunub
 Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub