Alimlər təsdiqləyiblər: COVID-19 orqanizmdə "yatmış" virusları yenidən aktivləşdirə bilər
06.08.2026 10:20

"Nature" jurnalında dərc olunan yeni araşdırma göstərib ki, COVID-19 infeksiyası bəzi insanlarda orqanizmdə uzun müddət gizli qalan virusların yenidən aktivləşməsinə səbəb ola bilər.

 

Aztibb.az sözügedən araşdırmaya istinadən yazır ki, tədqiqatda COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilmiş 1154 pasiyentin məlumatları təhlil edilib.

Alimlər müəyyən ediblər ki, iştirakçıların təxminən yarısında əvvəllər orqanizmdə gizli qalan viruslar yenidən aktivləşib. Ən çox rast gəlinənlər Epşteyn-Barr virusu (EBV) və sitomeqalovirus (CMV) olub. Bu virusların aktivləşməsi COVID-19-un daha ağır keçməsi ilə əlaqələndirilib.

Araşdırmada həmçinin bəzi virusların, xüsusilə anellovirusların yenidən aktivləşməsi ilə uzunmüddətli COVID üçün xarakterik olan yorğunluq və digər fiziki şikayətlər arasında əlaqə aşkar edilib. Bununla belə, alimlər bunun səbəb-nəticə əlaqəsini hələ sübut etmədiyini vurğulayırlar.

Tədqiqat müəlliflərinin fikrincə, bu viruslar immun sisteminin fəaliyyətini poza bilər. Lakin onların uzunmüddətli COVID-in yaranmasında birbaşa rol oynayıb-oynamadığını müəyyən etmək üçün əlavə klinik araşdırmalara ehtiyac var.

Hazırda alimlər bəzi antivirus dərmanlarının bu gizli virusların yenidən aktivləşməsinin qarşısını alaraq uzunmüddətli COVID simptomlarını azalda bilib-bilməyəcəyini araşdırırlar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri