Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 12:53

Akademik pandemiya potensialına malik yeni virusun yaranması riskindən danışıb

Dünya yeni pandemiyanın astanasında ola bilər. Bunu Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko bildirib.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, onun sözlərinə görə, bu cür təhlükələrin meydana çıxma dövriliyi təxminən 10 ildir və hazırda yeni təhlükəli ştamın yaranması ehtimalının artdığı bir mərhələ müşahidə olunur.

“Pandemik ştamların meydana çıxması təxminən 10 illik dövrlə xarakterizə olunur. Bu ştamlar xəstələnmə hallarının əhəmiyyətli dərəcədə artmasına, xəstəliyin daha ağır keçməsinə və müddətinin uzanmasına səbəb olur. Nəzərə alsaq ki, belə dövrilik təxminən 10 ildir, hazırda bu cür ştamın meydana çıxmasının astanasındayıq”, – alim açıqlamasında deyib.

Akademik daha əvvəl də yeni pandemiyanın ən ehtimal olunan səbəbinin qrip virusu ola biləcəyini bildirmişdi. O, mümkün yoluxucu xəstəlik ocaqlarına hazırlıq məqsədilə epidemioloji nəzarət tədbirlərinin gücləndirilməsinə və əhalinin vaksinasiyasının artırılmasına dəfələrlə çağırış edib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub