ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 09:44

ABŞ səhiyyə nazirinin müşaviri, hərbi həkim Tereza Lonq COVID-19 əleyhinə vaksinasiya ilə amerikalı hərbçilər arasında ölüm halları arasında mümkün əlaqəni araşdırır.

Aztibb.az “Politico” nəşrinin məlumatına istinadən yazır ki,araşdırma Co Bayden administrasiyası dövründə hərbçilərin COVID-19-a qarşı vaksinasiyasına nəzarət etmiş yüksəkvəzifəli CİA əməkdaşının işdən çıxarılması ilə bağlı məhkəmə prosesi çərçivəsində gündəmə gəlib.

Lonq məhkəmədə bildirib ki, müdafiə naziri Pit Heqset və səhiyyə naziri Robert Kennedi kiçiklə birlikdə 2021-2022-ci illərdə vaksinasiya ilə hərbçilər arasında ölüm halları arasında mümkün əlaqəni araşdırır. Həmin dövrdə ABŞ hərbçiləri üçün COVID-19-a qarşı məcburi vaksinasiya tələbi qüvvədə olub.

Lonqun sözlərinə görə, ona COVID-19 vaksinasiyasından sonra baş vermiş 28 ölüm halı barədə məlumat verilib. Bununla belə, bu hallarda vaksinin ölümə səbəb olduğu müəyyən edilməyib.

“Politico”nun istinad etdiyi 2024-cü il araşdırmasına əsasən, “Pfizer” və ya “Moderna” vaksinlərindən sonra bir neçə yüz insanda ürək əzələsinin iltihabı qeydə alınıb.

Pentaqonun bu il açıqladığı hesabatda da vaksinasiyadan sonra hərbçilər arasında ürək xəstəlikləri hallarının artdığı bildirilir. Lakin həmin araşdırmada vaksinasiya ilə əlaqələndirilən hər hansı ölüm halından bəhs edilmir.

Qeyd edək ki, 2024-cü ildə ABŞ Qida və Dərman Administrasiyasının (FDA) maliyyələşdirdiyi və həmmüəllifi olduğu araşdırmada Pfizer və ya Moderna vaksinlərinin ilkin formulasından sonra miokardit inkişaf edən təxminən 300 nəfər araşdırılıb. Tədqiqatda bəzi xəstələrin zaman keçdikcə yaxşılaşdığı, lakin hamısının sağalmadığı bildirilib.


FDA 2023–2024-cü il üçün Pfizer və Moderna mRNA vaksinlərinin təlimatlarına miokardit və perikardit riski ilə bağlı xəbərdarlıq əlavə edib. Məlumata görə, vaksinasiyadan sonrakı ilk həftədə gənc kişilər arasında bu hallar hər 1 milyon nəfərə 27, ümumi əhali arasında isə 8 hal təşkil edib.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub