Kimlər üçün koronavirusa yoluxmaq təhlükəli deyil? - Professor Musa Qəniyev AÇIQLADI
17.08.2021 15:47

Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyası və onun mövcud ştamlarına yoluxma sayı artıb. Bu, vəziyyətin ağırlaşması və ciddiliyini əks etdirən mütləq hal yox, yalnız statistika ilə təsdiqlənən nisbi reallıqdır. Artım dinamikası ilə əlaqədar əlavə karantin tədbirlərinə əl atılmamalı və heç bir qadağa qüvvəyə minməməlidir. Unutmaq olmaz ki, viral infeksiyaya yoluxmanın qarşısını karantin tədbirlərilə müəyyən müddətlik azaltmaq olar, lakin tamamilə aradan qaldırmaq mümkün deyil. Bu halda təkrar “alovlanma” qaçılmazdır. İnfeksiyanın tam sönməsinin başlıca şərti yalnız yoluxmanın əsasında duran səbəblərin aydınlaşdırılması, aradan qaldırılması, eləcə də müalicə və profilaktik tədbirlərin düzgün qurulmasıdır.

 

Tibb elmləri doktoru, professor Musa Qəniyev koronavirusun artım dinamikası barədə məlumat verərkən belə deyib.

 

O qeyd edib ki, koronavirusa yoluxmanın yeganə yolu birbaşa tənəffüs kontaktıdır: “Hazırda ölkənin şimal-qərb bölgəsində müşahidə etdiklərim digər bölgələrdəkindən fərqlənmir. Məsələn, əvvəllər bu bölgədə vətəndaşların görüşərkən qucaqlaşmasını və ya öpüşməsini görməmişdim. Bu gün isə həmin ünsiyyət forması adi hal alıb. Yalnız əl-ələ görüşmək vərdişi, demək olar ki, yoxdur. Bütün hallarda əl-ələ görüşmək, nəfəs-nəfəsə dayanaraq bərk-bərk qucaqlaşıb, bir neçə dəfə öpüşməklə yekunlaşır. Bunları müşahidə etdikdən sonra qərara gəldim ki, COVID-19 və ştamları haqqında deyilənlər qeyri-reallıqdır. Reallıq olsaydı, bu ünsiyyət formasının nəticəsi kimi, hazırda gündəlik yoluxma 5-6 rəqəmli olmalı idi.

 

Digər həqiqət odur ki, hər birimiz - istər bu xəstəliyi keçirməyənlər, ya keçirmişlər, istərsə də peyvənd olunmuşlar koronavirusa yoluxmuşuq, yoluxuruq və ya yoluxacağıq. Nəzərə almaq lazımdır ki, peyvənd “nisbi xəstəlik modeli” yaratmaqla infeksiyaya qarşı aktiv immunitet formalaşdırır; bu hal COVID-19-a yoluxma ehtimalının qarşısını almır, yalnız yoluxma baş verdikdə, xəstəliyin simptomsuz və ya yüngül keçməsinə təminat verir. Hətta, bu cür yoluxmalar əksər viral infeksiyalarda olduğu kimi, fəsli xarakter almaqla, ildə iki dəfə və daha çox baş verə bilər. Lakin xəstəliyi keçirmiş və ya peyvənd olunanlar üçün yoluxmaların qorxusu yoxdur. Çünki onlar təkrar yoluxmada infeksiyanı yüngül və ya simptomsuz keçirəcəklər”.

 

Müşahidələrindən danışan professor qeyd edib: “Hazırda ardıcıl olaraq mutasiyaya məruz qalan koronavirus hətta xəstəliyi keçirməyən və ya peyvənd olunmayanlar üçün ağır gedişli fəsadlara səbəb ola bilmir. Bu, məlum qanunauyğunluqla əlaqədardır: əksər viral infeksiyalarda olduğu kimi, SARS-CoV-2-nin də da təkrari yoluxdurma zamanı “virulentlik və potensial fəallığı” zəifləyir. Başqa sözlə desək, ən ağır viral infeksiyanın ardıcıl yoluxdurduğu 3-cü adamda letallıq əmsalı sıfırlanır. Çünki 3-cü ardıcıl yoluxdurmada o, RNT zəncirində böyük faiz nisbətində aminturşu itirməklə, artıq fəsli infeksiya statusu qazanır. Gigiyenik qaydalara əməl edərək COVID-19 adı gələndə stresə düşmək, qorxmaq, həyəcanlanmaq və gərginlik keçirmək lazım deyil.

 

COVID-19 ömürlük bizimlə yol-yoldaşı olan çoxsaylı viral infeksiyalardan biridir. Ondan qorxmaq lazım deyil, lakin infeksiyanın xüsusi praktik əhəmiyyət kəsb edən və dərin elmi araşdırmalara ehtiyacı olan bir çox incəlikləri öyrənilməlidir. Məsələn, koronavirusa istər yoluxma, istərsə də onun fərdlərə qarşı həssaslığında xüsusi irsi, immun, genetik xüsusiyyət və gizli məqamlar mövcuddur. Məsul qurumlar xüsusi monitorinq yolu ilə elmi araşdırmalar apararaq bu fərqliliklərə aydınlıq gətirməlidirlər. Məsələn, bir ailənin 10 üzvü var və hamısı koronavirusa yoluxur. Bunlardan 2-si xəstələnərək dünyasını dəyişir, 3 nəfəri oksigen aparatına qoşurlar, yəni xəstəliyi ağır keçirir, 3 nəfərdə yüngül qrippoz əlamətlər müşahidə edilir, 2 nəfər isə ümumiyyətlə xəstələnmir. Bu məqamda yaranan suallara cavab tapmaq lazımdır. Dünya səhiyyəsində öyrənilməsi vacib olan məsələ budur. İnfeksiyanın yayılması və artımının qarşısının alınmasına əngəl yaradan digər əsas səbəb isə, bu infeksiyadan dünyasını dəyişmiş şəxslərin təşrihinin nəticələri haqqında məlumatların azlığı və ya heç olmamasıdır. Səbəbi isə bəlli deyil. Yəni, araşdırılması və dəqiqləşdirilməsi lazım olan suallar hazırda çoxdur”.

 

M.Qəniyev vurğulayıb ki, COVID-19-un adı gələndə təlaşa düşüb, həyəcan keçirmək lazım deyil: “Gigiyenik qaydalara əməl etmək, xüsusən görüşərkən qucaqlaşma və öpüşmə kimi ünsiyyət formasından istifadə etməmək kifayətdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər