Azərbaycanlı alim COVID-19-a qarşı sprey formasında dərman və peyvənd hazırlayıb
19.04.2021 15:28

Akdeniz Üniversitesində fəaliyyət göstərən azərbaycanlı professor, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən COVID-19-a qarşı sprey formasında dərman ve peyvənd hazırlanıb. Dərmanın əsasını "nikotiana benthamiana" tütün növünün yarpaqlarında istehsal edilən protein təşkil edir.

 

Aztibb.az xəbər verir ki, azərbaycanlı alim virusun hüceyrəyə daxil olmasının qarşısını almaq üçün böyük əhəmiyyətə malik olan ACE2 üzərində tədqiqat apardıqlarını qeyd edib.

 

Bədəndə COVID-19 virusu tərəfindən bloklanan bu fermentin azalmasının insan orqanizmində ciddi sağlamlıq problemi yaratdığını söyləyən T.Məmmədov reanimasiyada olan xəstələrin əksəriyyətində fermentin az miqdarda olmasının müşahidə edildiyini deyib.

 

"Tədqiqatlar zamanı bu fermentin çox miqdarda yaradılmasını təmin etdik. İnsanların həyatını xilas etmək üçün bu fermenti təqdim etməyə hazırıq. Bitkidən istehsal etdiyimiz zülallar həm sprey, həm də inyeksiya formasında müalicədə istifadə edilə bilər", - deyə professor əlavə edib.

 

T.Məmmədov maliyyə mənbələri tapılarsa dərmanı 4 ay ərzində bazara çıxara biləcəklərini vurğulayıb.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
 Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub