Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
08.10.2026 14:55

“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına zəngin iş təcrübəsinə malik peşəkar həkim, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Aşağı Öysüzlü Kənd Həkim Məntəqəsinin müdiri, terapevt-ailə həkimi Kərimova Flora Həsən qızı haqqında məlumatları təqdim edirik.

 
Flora Kərimova 20 aprel 1957-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub. 1980–1981-ci illərdə Gəncə şəhərində A. Səhhət adına xəstəxanada internatura keçib.

 

O, 1981-1983-cü illərdə təyinatla Xanlar rayon şəhər poliklinikasında terapevt vəzifəsində çalışıb. 1986-cı ildən etibarən Aşağı Öysüzlü Kənd Həkim Məntəqəsinə rəhbərlik edir.

 

Ömrünün böyük bir hissəsini insan sağlamlığının keşiyində dayanmağa, kənd sakinlərinə tibbi yardım göstərməyə həsr edib.
Flora xanımın uzun illər ərzində göstərdiyi fədakar xidmət, insanlara qayğısı və həkimlik peşəsinə sədaqəti onu həmkarları və kənd sakinləri arasında hörmət qazanan ziyalılardan birinə çevirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Diabet və böyrəklər: səssiz təhlükə
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?